2 gün, 7 saat əvvəl

UFAZ-ın tələbələri "Siemens" Dayanıqlı Dizayn Hakatonunda 3-cü yeri qazanıblar

613559230_1538482454478954_8719027664917362107_n siemens 5

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri dekabrın 13-14-də keçirilən "Siemens" Dayanıqlı Dizayn Hakatonu 2025-də uğurla iştirak edərək kənd təsərrüfatı, ağıllı şəhərlər və bərpa olunan enerji sahələrindəki innovasiya və texniki bacarıqlarını nümayiş etdiriblər.

UFAZ-da “Kompüter elmləri” ixtisası üzrə təhsil alan Fəridə Orucova, İsmayıl Yusifli və Hümbət Camalovdan ibarət “Guardian-X” komandası 19 iştirakçı arasında keçirilən 48 saatlıq intensiv hakatonda 3-cü yerə layiq görülüb.

Nailiyyətlərinə görə komandaya 1 000 AZN pul mükafatı, sertifikatlar, mentor dəstəyi və “Siemens Digital Industries” ekosisteminə çıxış imkanı təqdim edilib. Hakaton iştirakçıları yaşıl və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən innovativ və dayanıqlı həllər üzərində işləməyə təşviq edib.

UFAZ komandasını göstərdikləri performans, dayanıqlı və rəqəmsal gələcəyin formalaşmasına verdikləri töhfələr münasibətilə ürəkdən təbrik edirik.

615439654_1538482544478945_4924304196546532059_n siemens 1`
615350930_1538482491145617_4529739688698629567_n siemens 2
615478359_1538482457812287_3728098398081943248_n siemens 3
615190352_1538482494478950_4619833464529659920_n siemens 4