4 gün, 11 saat əvvəl
UFAZ tələbələri “AzTelco Group”un “Hədəfim-Sən” Yay Təcrübə Proqramına seçiliblər
Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbələri “AzTelco Group” tərəfindən təşkil olunan “Hədəfim-Sən” Ödənişli Yay Təcrübə Proqramında uğur qazanaraq müxtəlif şirkətlərdə təcrübə keçirlər.
Famil Gülməmmədov, Nəzrin Əzizli, Məhəmməd Mustafazadə və Ülkər Zahidli “AzSoftware Systems” şirkətində, Nərgiz Heydərova “AzTelco Group”da, Məhəmməd Ələkbərov isə “QSI Azeri LTD”də təcrübə fəaliyyətinə başlayıb.
“Hədəfim-Sən” proqramı tələbələrə və yeni məzun olan şəxslərə İKT, maliyyə, audit, hüquq, data analitikası və proqramlaşdırma kimi sahələrdə praktik biliklər əldə etmək, komanda mühitində işləmək və karyeralarına güclü başlanğıc vermək imkanı təqdim edir.
Proqram müddətində tələbələr real layihələr üzərində işləmək, sahə biliklərini təkmilləşdirmək və peşəkar mühitdə təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Proqramda iştirak edən bütün tələbələri təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.