3 həftə, 2 gün əvvəl
UFAZ Tələbələri Almaniyanın DAAD Təqaüd Proqramını Qazandılar!

Almaniyanın nüfuzlu DAAD - Alman Akademik Mübadilə Xidməti tərəfindən təqdim edilən təqaüd proqramının builki qalibləri arasında Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri də yer aldılar.
DAAD təqaüdü dünyanın müxtəlif ölkələrindən gələn gənc və istedadlı tələbələrə Almaniyada yüksək keyfiyyətli və ödənişsiz magistratura və doktorantura təhsili almaq imkanı yaradır. Bu proqram yalnız akademik göstəriciləri yüksək olan tələbələr üçün nəzərdə tutulduğundan onun qazanılması böyük nailiyyət hesab olunur.
2025-ci il təqaüd proqramının qalibi olan UFAZ tələbələri:
-Saleh Əlizadə – Kompüter Elmləri ixtisası üzrə 4-cü kurs tələbəsi
-Nəzrin Cabbarlı – Kimya Mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi
-Sənan Quluzadə – Kimya Mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi
Bu tələbələr UFAZ-da qazandıqları güclü akademik baza, tədqiqat bacarıqları və dil hazırlığı sayəsində rəqabətli seçim prosesindən uğurla keçərək qabaqcıl təqaüd proqramına seçiliblər. Onlar magistratura təhsillərini Almaniyada təqaüdlə davam etdirəcək və bu müddət ərzində elmi biliklərini daha da dərinləşdirəcəklər. DAAD proqramı gələcəkdə onların tədqiqatçı, mühəndis və ya texnologiya sahəsində lider kimi formalaşmasına təkan verəcək.
DAAD təqaüdünü qazanan tələbələrimizi təbrik edir, onlara gələcək təhsil və karyera yollarında uğurlar və davamlı akademik nailiyyətlər arzulayırıq!

