3 gün, 1 saat əvvəl
UFAZ Tələbələri “France Excellence” Proqramı Çərçivəsində Təhsillərini Fransada Davam Etdirəcəklər

Azərbaycan-Fransız Universitetinin tələbələri “France Excellence 2025-2026” proqramının təqaüdləri əsasında magistratura təhsillərini Fransanın qabaqcıl universitetlərində alacaqlar.
Elmir Şəmşiyev təhsilini UFAZ-ın əsas tərəfdaşlarından biri, dünyanın qabaqcıl elmi-tədqiqat mərkəzlərindən olan Strasburq Universitetinin “Enerji keçidi üzrə yer elmləri” ixtisasında davam etdirəcək. Səbinə Babayeva əsasən sənaye sahələrinə yönəlmiş mühəndislik məktəbi olan “IFP School”da “Neft-qaz mühəndisliyi və layihələrin inkişafı” ixtisasında təhsil alacaq. Elgün Həsənov isə təhsil fəaliyyətinə ölkənin əsas mühəndislik və texniki tədqiqat müəssislərindən olan Paris Politexnik İnstitutunun “Data və süni intellekt” ixtisası üzrə davam edəcək.
UFAZ tələbələrinə akademik fəaliyyətlərinin növbəti mərhələsində uğurlar arzulayır, sahə üzrə yeni biliklər əldə edərək həqiqi peşəkarlara çevrilmələrini diləyirik!