3 həftə, 3 gün əvvəl

UFAZ tələbələri WUF13-də könüllü kimi iştirak ediblər

WUF vuf8

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri dayanıqlı şəhərsalma və urban inkişaf sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) könüllü kimi iştirak ediblər. Forum çərçivəsində müxtəlif ölkələrdən olan siyasətçilər, ekspertlər, alimlər və gənc liderlər şəhərlərin və cəmiyyətlərin gələcəyi ilə bağlı aktual məsələləri müzakirə etmək üçün bir araya gəliblər.

Könüllü fəaliyyətləri zamanı UFAZ tələbələri tədbirin təşkilati işlərinə dəstək göstərib, beynəlxalq iştirakçılara yardım edib və forumun uğurla həyata keçirilməsinə töhfə veriblər. Bu təcrübə tələbələrə beynəlxalq mühitdə işləmək, peşəkar bacarıqlarını inkişaf etdirmək, yeni əlaqələr qurmaq və dayanıqlı şəhərlərin inkişafı sahəsində qlobal müzakirələrdə fəal iştirak etmək imkanı yaradıb.

703953635_18442079017142597_8695321137863336046_n vuf2
704715900_18442079056142597_7761511310520728259_n vuf1
702830276_18442078969142597_4501062669857680199_n vuf3
702930001_18442079047142597_9119719388281335641_n vuf4
703861974_18442078996142597_4585842795826002344_n vuf5
702982609_18442078987142597_595607115713947219_n vuf6
704287601_18442079008142597_4173160748368931291_n vuf7
703692200_18442078978142597_6242849160423918358_n vuf9
702968607_18442079026142597_8252447140939959016_n vuf10
703861969_18442079038142597_7482596791216348384_n vuf10