1 gün, 13 saat əvvəl

UFAZ Tələbələri Tələbə və Gənc Tədqiqatçıların 6-cı Beynəlxalq Elmi Konfranslarında 3-cü Yeri Qazandılar!

aliya sara 1

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların 6-cı Beynəlxalq Elmi Konfranslarında UFAZ tələbələri 3-cü yerdə qərarlaşdılar.

“Dayanıqlı Kimya və Kimya Mühəndisliyinə Doğru”, INFOTECH 2025 və “Neft Geologiyası və Mühəndisliyi” mövzularını əhatə edən tədbirdə Aliyə Kurmayeva və Sara Malik-Aslanova “Dayanıqlı Kimya və Kimya Mühəndisliyinə Doğru” bölməsində iştirak etdilər. UFAZ tələbələrinin “Biodizel istehsalı üçün yumurta qabığı tullantısından əldə edilmiş NaOH/CaO tərkibli dayanıqlı hibrid katalizatorun hazırlanması” layihəsi magistrant və doktorantların üstünlük təşkil etdiyi konfransda 65 tədqiqat işi arasında fərqlənməyi bacardı. Cəmi 12 layihənin mükafata layiq görüldüyü konfransda Aliyə Kurmayeva və Sara Malik-Aslanovanın tədqiqat işi böyük marağa səbəb oldu.

6 ildir, keçirilən konfransın məqsədi tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. 300 müraciətin qəbul olunduğu konfransda yerli tədqiqatçılarla yanaşı, beynəlxalq nümayəndələr də iştirak etdilər. ABŞ, Böyük Britaniya, Portuqaliya, Finlandiya, Almaniya, Macarıstan, Böyük Britaniya, Portuqaliya, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Polşa, Səudiyyə Ərəbistanı, Səudiyyə Ərəbistanı, Pakistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Özbəkistan da daxil olmaqla 12 ölkədən ali təhsil müəssisələrinin təmsilçiləri öz layihələrini təqdim etdi.

Böyük iştirak göstəricisi ilə yadda qalan konsfansda UFAZ tələbələrinin xüsusilə fərqlənməsi əhəmiyyətli uğur hesab olunur. Bu baxımdan Aliyə Kurmayeva və Sara Malik-Aslanovanı təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!

aliya sara 2
aliya sara 3
aliya sara 4
aliya sara 5