TƏLƏBƏ NAİLİYYƏTİ

1 il, 6 ay əvvəl

UFAZ tələbələri Birbank Tələbə Təqaüd Proqramının qalibi olub

387825107_906136347713571_595144685068236103_n

UFAZ Kompüter Elmləri 3-cü kurs tələbələri Humay Yusifli və Rüfət Quliyev "Kapital Bank"ASC tərəfindən təşkil edilən 2023-2024-cü illər üçün Birbank Tələbə Təqaüd Proqramının qalibi olublar.

Universitet təhsilini başa vurana qədər Kapital Bank-dan aylıq təqaüd almaqla yanaşı, tələbələr şirkətin korporativ tədbirlərində və təlimlərində iştirak etmək və şirkət daxilində təcrübə imkanları əldə edə biləcəklər.

Humay təəssüratlarını bizimlə bölüşdü:

"Biz proqrama seçim boyunca 4 mərhələdən keçdik və bu mərhələlərin hər biri unikal və maraqlı idi. Bu müddətdə həm yumşaq bacarıqlarımız, həm də texniki biliklərimiz yoxlanıldı. Birbank tələbə təqaüd proqramının daha bir üstünlüyü isə karyeramızla bağlı təlimlər keçirilməsi, həmçinin bankda təcrübə şansının yaradılmasıdır. 3000 nəfər gənc arasından seçilən 15 tələbədən biri olmaq mənim üçün çox qürurvericidir. Əminəm ki, bu təqaüd həm maddi, həm də mənəvi cəhətdən inkişaf yolumda böyük rol oynayacaq."

387697552_906136767713529_913672485438879269_n