1 il, 6 ay əvvəl

UFAZ tələbələri Dəmir Ay təqaüdünü qazanıb

384345031_898624918464714_4333901671341500679_n

UFAZ-ın 5 tələbəsi AGA Group şirkətinin təsis etdiyi Dəmir Ay təqaüdünü qazanıb.

Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlər Universitet tələbələrini əhatə edən müxtəlif layihələr təşkil edir və tələbələrə əlavə təqaüd qazandırır.

UFAZ AGA Group şirkətinə təhsil sektoruna verdiyi dəstəyə görə təşəkkür edir.

Tələbələrimiz Rita Qayıtmazova, Nəzrin İsmayılova, Pərvin Hacıyeva, Elina Hüseynzadə və Arzu Vəlimatova Dəmir Ay təqaüdünü qazanmış 24 nəfər sırasındadır.

Dəmir Ay Təqaüdü Azərbaycan Universitetlərində STEM, tibb və maliyyə sahələri üzrə bakalavr pilləsinin son 2 ilində təhsil alan qız tələbələr üçün nəzərdə tutulmuş proqramdır. Seçim prosesi 2 mərhələdən ibarətdir. İlkin mərhələdə abituriyentlər akademik transkript, motivasiya məktubu və tövsiyə məktubları kimi müxtəlif sənədlər təqdim etməlidirlər. İkinci mərhələ peşəkar tərəfindən aparılan şəxsi müsahibəni əhatə edir.

“Mən əminəm ki, bu, mənim gələcək inkişafımda mühüm amil olacaq. Bunu mümkün etdiyinə görə AGA Group-a ürəkdən minnətdarlığımı bildirirəm”, – Rita təəssüratlarını bölüşüb.

Nəzrin də təəssüratlarını bizimlə bölüşdü: “Bu təqaüd mənim təhsil səyahətimdə əhəmiyyətli bir mərhələdir və mən bu inanılmaz fürsətə görə dərin qürur və minnətdarlıq duyuram. Bu təqaüdü almaq yalnız maddi dəstək yox, daha çox şey deməkdir; bu, mənim zəhmətimi, fədakarlığım və istəklərimi təmsil edir”