8 saat əvvəl

UFAZ DİM-in ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

dim sergi 26 111

İyulun 29-da Azərbaycan-Fransız Universiteti (UFAZ) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə birlikdə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində iştirak edib.

Sərginin açılış mərasimində DİM-in aparat rəhbəri Vəfadar Misirov qəbul kampaniyası və ixtisas seçimi prosesi barəsində məlumat verib. O, ixtisas seçimi ərəfəsində abituriyentlərin ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət qurmasının əhəmiyyətini vurğulayıb. Daha sonra sərgi ilə tanışlıq həyata keçirilib.

Sərgi çərçivəsində UFAZ nümayəndələri potensial tələbələrə və onların valideynlərinə universitetin təqdim etdiyi təhsil imkanları barəsində ətraflı məlumat veriblər. Ziyarətçilər UFAZ-a qəbul qaydaları, ikili diplom proqramı, tədris prosesi, müasir maddi-texniki baza, ödənişsiz təhsil imkanları və universitetin digər üstünlükləri ilə tanış olublar. Eyni zamanda, onların universitetlə bağlı sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, sərgidə 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, eləcə də təhsil platformaları təmsil olunur. İyulun 31-dək davam edəcək sərginin məqsədi abituriyentləri ali təhsil imkanları ilə yaxından tanış etmək və onların ixtisas seçimi prosesinə dəstək göstərməkdir.

dim sergi 26 111
760232666_18454092100142597_6970167197955962234_n sərgi  16
760060561_18454092106142597_3403426900486645531_n sərgi  15
760030934_18454092124142597_9187925272707714907_n sərgi  14
760863364_18454092076142597_1924225557888094935_n sərgi  13
759943165_18454092085142597_4611498514085563219_n sərgi  12
760105094_18454092049142597_410551165479752035_n sərgi  11
760445145_18454092070142597_2096339265961172678_n sərgi  10
759871233_18454092031142597_5322364487855636742_n sərgi  9
760411006_18454092013142597_4556094463451081244_n sərgi  9
760270746_18454092001142597_5550552671903620222_n sərgi  8
760379511_18454092004142597_3326639725765487547_n sərgi  7
759835094_18454091986142597_3219359512816965577_n sərgi  6
760294418_18454091953142597_2343863788677911761_n sərgi  4
760232666_18454091965142597_3003031487548277689_n sərgi  3
761084941_18454091956142597_8395509873783163534_n sərgi 1