2 gün, 13 saat əvvəl

UFAZ-ın müəllimi Gülnaz Qəhrəmanova Vyana Texniki Universitetinə tədqiqat səfəri edib

666782528_1616175410042991_7486926988797174571_n gulnaz 1

Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Gülnaz Qəhrəmanova martın 23-26-da Avstriyanın nüfuzlu Vyana Texniki Universitetinə (TU Wien) elmi səfər həyata keçirib. Səfər çərçivəsində o, professor Bernhard C. Bayerin rəhbərlik etdiyi tədqiqat qrupunun qonağı olaraq universitetin “2D+Materials” laboratoriyasındakı qabaqcıl elmi avadanlıqlar və iş prosesi ilə yaxından tanış olub.

Görüşlər zamanı əsas diqqət ikiölçülü materiallar və onların hibridlərinin müasir texnologiyalarda tətbiqi mövzusuna ayrılıb. Gülnaz Qəhrəmanova həmçinin universitetdə seminarla çıxış edərək həm təmsil etdiyi UFAZ və ADNSU-nun elmi fəaliyyəti, həm də özünün InGaN kvant quyuları və çoxdivarlı karbon nanoboruları sahəsindəki araşdırmaları haqqında ətraflı məlumat verib. O, eyni zamanda ABŞ-nin A.J. Drexel Nanomateriallar İnstitutunda “MXene”lər üzərində apardığı tədqiqat təcrübəsini avstriyalı həmkarları ilə bölüşüb.

Səfərin sonunda gələcək birgə elmi layihələrin və universitetlərarası əməkdaşlığın genişləndirilməsi barədə səmərəli müzakirələr aparılıb.

667221582_1616176883376177_6677381878460312461_n gulnaz 4
668460176_1616175430042989_5568741069746774827_n gulnaz 3
668979784_1616175423376323_3778542763128680950_n gulnaz 2