1 ay, 3 həftə əvvəl

UFAZ-ın müəllimi Nigar Əlişzadə “AWITA 2024” mükafatını “münsiflər heyətinin seçimi” nominasiyasında qazanıb

WhatsApp Image 2024-12-12 at 17.25.01

UFAZ-ın kompüter elmləri müəllimi Nigar Alışzadənin “AWITA 2024” mükafatını “münsiflər heyətinin seçimi” nominasiyasında qazandığını böyük qürur hissi ilə elan edirik. Bu mükafat onun texnologiya və süni intellektdən istifadə edərək cəmiyyətlərimizdə müsbət və hissedilən təsir yaratmaq bacarığını vurğulayır. Bu nailiyyət, onun layihə və tədqiqatlarında daha böyük uğurlara imza atması üçün güclü bir ilham mənbəyidir.

Məlumat üçün bildirək ki, AWITA (Azerbaijani Women in IT Awards) qadınların texnologiya sahəsindəki nailiyyətlərini qeyd etmək və bu sahədə müxtəlifliyi dəstəkləmək məqsədilə təşkil olunan illik tədbirdir. Bu ilki AWITA mükafatı Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına həsr olunmuşdur.

Qeyd etmək lazımdır ki, bu il ilk dəfə olaraq müraciətlərin qiymətləndirilməsində süni intellektdən istifadə edilmişdir. Nəticədə, Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən ən uğurlu qadınlara təqdim olunan 12 nominasiya üzrə qaliblər müəyyən edilmişdir.