Müsabiqə

1 il, 8 ay əvvəl

UFAZ-ın Fransada növbəti qələbəsi

Powerdent team UFAZ

UFAZ müəllimləri və tələbəsinin üzvü olduğu “Powerdent” komandası - UFAZ-ın Data Elmi və Süni İntellekt (DSAI) magistr proqramı üzrə dəvət olunmuş professoru Karim Tout, UFAZ-ın DSAI magistr proqramı üzrə koordinatoru Samer El Zant və UFAZ DSAI üzrə magistratura tələbəsi Emil Əliyev, eləcə də Hanine Zaidan (diş həkimi) Fransada nüfuzlu D-IA-GNO-DENT müsabiqəsində 1-ci yeri qazanıblar.

“Hôpitaux universitaires de Strasbourg” (Strasburq Universiteti Xəstəxanaları) tərəfindən - Nadir Ağız və Diş Xəstəlikləri üzrə Referans Mərkəzi eləcə də Genetika və Molekulyar və Hüceyrəvi Biologiya İnstitutu tərəfindən təşkil olunmuş D-IA-GNO-DENT yarışı iştirakçılara diş və ağız xəstəliklərində genetik mina dəyişikliklərini aşkar edən süni intellektə əsaslanan bir həll hazırlamaq tapşırığı verib.

Samer El Zant təəssüratlarını bizimlə bölüşdü: “Komandamızın gərgin əməyi və fədakarlığı öz bəhrəsini verdi və səylərimizə görə tanınmaqdan məmnuniyyət duyuruq. Bu qələbə hər bir komanda üzvünün müstəsna bacarıqlarının, təcrübəsinin və əməkdaşlıq ruhunun sübutudur. Bu həmçinin UFAZ-ın bu cür yüksək səviyyəli kompleks səhiyyə çağırışlarında necə rəqabət aparmaq və qalib gəlməyə qadir olduğunu vurğulayır”.

“Mən professor Samer El Zantın dəvəti ilə müsabiqədə iştirak etdim. Tapşırıqda stomatologiyada bəzi çox çətin şərtləri diaqnoz etmək üçün süni intellekt modeli yaratmaq tələb olunurdu. Bir-birinə çox bənzədiyi üçün diaqnoz qoymalı olduğumuz şərtləri görmək və proqnozlaşdırmaq həkimlər üçün olduqca çətin idi. Təklif etdiyimiz model addım-addım işləyirdi. Niz bir sinfi deyil, bir çox sinifləri proqnozlaşdırmalı idik. Buna görə də tapşırıq bizim üçün çox təsnifatlı problem idi. Hər kəs modelin bir hissəsini inkişaf etdirirdi. Biz kəşfiyyat xarakterli məlumatların təhlilini həyata keçirdik, model hazırladıq, matrislər üzərində müxtəlif arxitekturaları sınaqdan keçirdik. Bu, ümumilikdə çox əyləncəli bir təcrübə idi və mən professorlardan və onların təcrübəsindən çox şey öyrəndim”, Emil deyir.

Qeyd edək ki, yarışın qalibi olmuş komanda 20000 avro dəyərində pul mükafatı alacaq.