1 gün, 10 saat əvvəl

UFAZ-ın Voleybol klubu universitetlərarası turnir təşkil edib

631015050_1565784128415453_74026979742547234_n vol tem5

Yanvarın 24-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) Voleybol klubu Azərbaycan Dövlət Neft və Sənaye Univerditetinin (ADNSU) idman zalında Universitetlərarası voleybol turniri keçirib. Yüksək rəqabət və enerjili atmosferdə keçən turnirdə ümumilikdə 8 komanda iştirak edib.

Turnirə qatılan 5 komanda UFAZ-ı təmsil edib. Xəzər Universiteti, ADA Universiteti və Bakı Ali Neft Məktəbinin (BANM) hər birindən isə 1 komanda iştirak edib. Gün ərzində davam edən gərgin və maraqlı qarşılaşmalar tələbələr arasında sağlam rəqabət və komanda ruhunu ön plana çıxarıb.

Yarışın yekunlarına əsasən, UFAZ-ın “Commandos” komandası turnirin qalibi olub. BANM təmsilçisi ikinci yerə, UFAZ-ın “BIG BIG DAY” komandası isə üçüncü yeri tutub. Fərqlənən komandalar medallarla təltif olunub, turnirin çempionuna isə kubok və xüsusi hədiyyələr təqdim olunub.

633575966_1565784275082105_7736589776972578436_n vol tem8
631549450_1565784211748778_8829326524708641108_n vol tem7
632935526_1565784171748782_3993527457034693767_n vol tem6
632129669_1565783835082149_3612612076043293597_n vol tem4
634022984_1565783718415494_3562588597100679920_n vol tem2
632314789_1565783621748837_8937954269848112503_n vol tem 1
632115114_1565783781748821_9190474217966651080_n vol tem3