cooperation

1 il, 8 ay əvvəl

Unistra professoru ADNSU-da olub

378777428_889419752718564_6270735913995129498_n

Sentyabrın 14-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kimya mühəndisliyi master proqramı üzrə koordinatoru və tədqiqat üzrə eksperti, Unistra professoru Christophe Serra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Professor Serra doktorant namizədlərə və universitetin müəllimlərinə “Uğurlu doktorluq dissertasiyasını necə hazırlamaq olar” mövzusunda seminar keçib.

Seminarda iştirakçılara tədqiqatın aparılması və doktorluq dissertasiyasının yazılması prosesini effektivliyini artırmaq üçün tədqiqat metodologiyası, vaxtın idarə olunması və planlaşdırılması, resurslardan istifadə, tezis strukturunun təşkili və s. kimi bir sıra mövzular haqqında məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.

Christophe Serra ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüb. Görüşdə UFAZ-ın Tədris departamentinin müdiri Lətifə Nəsibova, baş katib Elizaveta Bydanova iştirak ediblər. Qonağı universitetdə salamladıqdan sonra dosent Vazeh Əskərov ADNSU-nun elmi-tədqiqat müəssisəsi kimi böyük nailiyyətlər hədəflədiyini bildirib və bu istiqamətdə görülməsi nəzərdə tutulan işlərdən danışıb.

Elmi araşdırmalar və elmi istiqamətlərin müzakirə olunduğu görüşdə həm də elmi-tədqiqat işlərinin səmərəliliyi və effektivliyi üzrə görüləbiləcək mümkün fəaliyyət istiqamətləri müzakirə olunub.

378789631_889419692718570_4661835798541712656_n
378795638_889419672718572_4536167580228815768_n