2 həftə, 2 gün əvvəl

UFAZ Tələbələrinin “Təmiz Şəhər” ASC-nin Zavodlarına Səfəri

tamizshahar1

Azərbaycan-Fransız Universitetinin tələbələri "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə infotur çərçivəsində səfər etdilər. Səfərin məqsədi tələbələrin bərk məişət tullantılarının idarə olunması və təkrar emal prosesi barədə biliklərini artırmaq idi.

UFAZ-ın “Ekologiya” və “Dayanıqlı Gələcək” klublarının təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində tələbələr əvvəlcə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda tullantıların ayrılması və çeşidlənməsi mərhələlərini yerində izlədilər. Burada onlar tullantıların əlverişli ictimai çeşidlənməsi üzrə məlumat aldılar və qurumun indiyədək tullantılar arasından tapılan dəyərli əşyalardan ibarət muzeyi ilə tanış oldular.

Daha sonra tələbələr “Paprec Energy Azerbaijan” şirkəti ilə birgə qurulmuş Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna yollanaraq proses ardıcıllığı ilə bağlı informasiya almaq və tullantıların yandırılması prosesini müşahidə etmək imkanı əldə etdilər.

Ardınca onlar Balaxanı Sənaye Parkına baş çəkərək bir sıra zavodların iş prinsipi, emal prosesi, istehsal nəticələri ilə tanış oldular. Burada tələbələrə parkda hazırda 27 rezidentin fəaliyyət göstərdiyi ilə bağlı məlumat verildi. Bu müəssisələrin Cəmiyyətin təqdim etdiyi müxtəlif güzəştlərdən yararlanaraq təkrar emal üzrə istehsal işləri ilə məşğul olduğu qeyd edildi.

Bu baxımdan tələbələr Təkrar emal sahəsi, Qablaşdırma sahəsi və Çap kəsim sahəsinə baş çəkib prosesləri yerində izlədilər. Tələbələr həmçinin “Metak” MMC-nin Plastik qəlibləmə sahəsində plastik tullantıların, “Ekokat” MMC-nin “AzGreenOil” brendi altında tullantı yağlarının emal olunaraq istifadəyə yararlı məhsullara çevrilməsi prosesi ilə bağlı ətraflı məlumat aldılar.

Bildirildi ki, Balaxanı Sənaye Parkında istehsal edilən məhsullar yalnız yerli bazarda deyil, eyni zamanda xarici ölkələrə də ixrac olunur. Bu infotur tələbələrə tullantıların düzgün idarə olunmasının əhəmiyyəti və bu sahədə tətbiq olunan innovativ yanaşmalarla tanış olmaq imkanı yaratdı.

tamizshahar2
tamizshahar3
tamizshahar4
tamizshahar6
tamizshahar7
tamizshahar8
tamizshahar9
tamizshahar10
tamizshahar12
tamizshahar 11
tamizshahar13
tamizshahar14
tamizshahar15
tamizshahar16
tamizshahar17
tamizshahar18
tamizshahar19
tamizshahar20
tamizshahar21
tamizshahar22
tamizshahar23
tamizshahar24
tamizshahar25
tamizshahar26
tamizshahar27
tamizshahar28
tamizshahar29