1 həftə, 3 gün əvvəl

“Worley” şirkətinin nümayəndəsi UFAZ tələbələri üçün infosessiya keçirib

622922930_1550701679923698_3688879322182637445_n vo1

Yanvarın 23-də Azərbaycan-Fransız Universitetində (UFAZ) beynəlxalq mühəndislik və konsaltinq şirkəti “Worley”nin Aşağı Körfəz və Mərkəzi Asiya regionları üzrə baş vitse-pirezidenti Şaun Milsin iştirakı ilə infosessiya keçirilib. Görüş UFAZ tələbələrinə qlobal enerji və sənaye sektorunda karyera imkanları, liderlik yanaşmaları və peşəkar inkişaf mövzularında dəyərli biliklər qazandırıb.

Infosessiya zamanı Şaun Mils 30 ildən artıq beynəlxalq sənaye təcrübəsinə əsaslanaraq öz karyera yolundan bəhs edib. O, Cənubi Afrikada neft-kimya sənayesində elektrik mühəndisi kimi başladığı peşə fəaliyyətindən, EPC və EPCM tipli iri layihələrdə çalışmasından və 2007-ci ildən etibarən “Worley” şirkətində müxtəlif regional və liderlik vəzifələrində qazandığı təcrübədən danışıb.

Görüşdə karyera inkişafı ilə bağlı Qeri Bransonun 6 mərhələli karyera nəzəriyyəsi, inkişaf yönümlü düşüncə anlayışı, dəyişikliklərin qaçılmazlığı və bu dəyişikliklərə adaptasiya xüsusi olaraq qeyd olunub.

Liderlik mövzusuna toxunan Şaun Mils bildirib ki, effektiv rəhbərliyin əsasını gözləntilərin müəyyənləşdirilməsi, düzgün istiqamətin verilməsi, aydın kommunikasiya, rəylərə açıq olmaq və dəstəkləyici iş mühitinin yaradılması təşkil edir.

Görüş zamanı iş-həyat balansının qorunması, biznes və maliyyə bacarıqlarının inkişaf etdirilməsinin mühəndislər üçün əhəmiyyəti də diqqətə çatdırılıb. Infosessiya tələbələrin sualları və interaktiv müzakirələrlə davam edib.

618901824_1550701673257032_4510875796714301803_n vo2
622655256_1550701723257027_3632839939339964436_n vo3
619976443_1550701733257026_2544992563455422438_n vo4
622052582_1550701756590357_3996519449193064163_n vo5
622332326_1550701763257023_5936080576196067864_n vo6
619336985_1550701826590350_8220560380274140231_n vo7
619516557_1550701836590349_4241145635880048940_n vo8