2 həftə, 6 gün əvvəl
Startap Gündəliklərinin növbəti sessiyasının qonağı “Bucard”ın təsisçisi Ramin Əkbərov olacaq
10 Yanvar 2025, 16:15
Müddət
105 dəqiqə
Tədbir haqqında
UFAZ Sahibkarlıq və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Startap Gündəliklərinin növbəti sessiyasının qonağı “Bucard”ın təsisçisi Ramin Əkbərov olacaq. Tədbir 10 yanvar tarixində, saat 16:15-də UFAZ-ın 4-cü mərtəbəsindəki kitabxanada keçiriləcək.
Bucard fərdi şəxslər və bizneslərə rəqəmsal biznes şəbəkələşmə həlli təklif edən platformadır. Bucard NFC və QR kod vasitəsilə şəxsi məlumatların asan paylaşımını və sürətli ünsiyyət qurmağı təmin edir. Bucard, müştəri bazasının yaradılması, fərdi iş imkanlarının tapılması və avtomatik məlumat yeniləmələri üçün rəqəmsal məkan yaradır.
Qeyd edək ki, Ramin Əkbərov məhsul meneceri və mentor kimi çoxillik təcrübəyə malikdir. Həmçinin, tədris və innovasiya sahəsində 6 ildən çox fəaliyyət göstırib. Bu sessiyada o, Bucard-ın yaradılması ilə bağlı keçdiyi yolu və bu sahədə qazandığı təcrübələri bölüşərək gələcək sahibkarlar və innovatorlar üçün dəyərli dərslər təqdim edəcək.
Qeydiyyat linki: https://forms.gle/npBLUScDt8TbAgYR8