2 gün, 13 saat əvvəl
“Dayanıqlı Şəhər Həlləri” hakatonuna qeydiyyat elan olunur!
Tədbir haqqında
“Dayanıqlı Şəhər Həlləri” hakatonu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və TTO şöbəsi tərəfindən birgə təşkil olunur.
Hakaton müddətində iştirakçılar 2 gün ərzində fərqli istiqamətlərdə olan mentorlardan dəstək alacaq və layihələrini prototip və ya MVP mərhələsinə gətirmək imkanı qazanacaqlar.
Bu hakatonda ADNSU və UFAZ tələbələrindən ibarət komandalardan ən aktual çağırışları həll edərək qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri ilə ideyaların real həllərə çevrilməsi gözlənilir.
İştirakçılar:
- Mentor dəstəyi ilə ideyalarını prototip və ya MVP mərhələsinə gətirəcəklər;
- “Pitch Day” zamanı layihələrini münsiflər heyətinə təqdim edəcəklər;
- 2 500 AZN, 1 500 AZN və 1 000 AZN dəyərində mükafatlar uğrunda yarışacaqlar.
Formanı doldurarkən aşağıdakı məqamlar nəzərə alınmalıdır:
- Hər bir komanda üzvü fərdi şəkildə qeydiyyatdan keçməlidir;
- Komanda adını bütün üzvlər eyni formada qeyd etməlidir;
- Layihənin kateqoriyası düzgün seçilməlidir;
- Formanı doldurarkən hakaton qaydalarının qəbul edildiyi və məlumatların təşkilatçılar tərəfindən istifadəsinə razılıq verildiyi təsdiqlənməlidir.
Qeydiyyat linki: https://docs.google.com/.../11Kg6AZC02dJm6Yxe.../viewform...