3 həftə, 5 gün əvvəl

“PAŞA Bank” və UFAZ-ın Təşkilatçılığı ilə Hakaton Başlayır!

pasha yeni poster

Tədbir haqqında

“PAŞA Bank” və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə 31 may-1 iyun tarixlərində “BankTech Hackathon”u keçiriləcək.

İştirakçılar 48 saatlıq hakatonda bank sektorundakı real maliyyə çətinlikləri qarşısında problem həll etmə bacarıqlarını sınayacaqlar. Müxtəlif universitetlərdən olan tələbələr “PAŞA Bank” və UFAZ ekspertlərinin nəzarəti altında innovativ həllər üzərində çalışacaq və mükafatlar uğrunda mübarizə aparacaqlar.

Mövzular rəqəmsal bankçılıq və müştəri təcrübəsi, məlumatların analitikası və proqnozlaşdırılması sahələri, həmçinin ödəniş həlləri və “fintech” inteqrasiyası ətrafında müəyyən olunacaq. Bu sahələrdə biliyinə güvənən 2-ci, 3-cü və 4-cü kurs bakalavriat, eləcə də magistratura səviyyələrində təhsil alan tələbələr 3 nəfərdən ibarət komandalarda yarışacaqlar.

Mükafatlar:

1-ci yer - 3000 AZN

2-ci yer - 2000 AZN

3-cü yer - 1000 AZN

Həmçinin hakatonun bütün iştirakçılarının "PAŞA Bank"ın "ZirvədəSən" təcrübə proqramına qoşulmaq fürsəti olacaq. Özünüzü sınamaq və yarışmada iştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin!

📅 Tarix: 31 may-1 iyun

⏳ Son qeydiyyat tarixi: 11 may

📍 Məkan: UFAZ, Nizami küç. 183

Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSe6zrKFR3VFWfazlCzXxoiS-5049oVCUCzfYiYKzUvEs8SXzQ/viewform