1 gün, 17 saat əvvəl

UFAZ və AFchamber təcrübə proqramlarına həsr olunmuş birgə tədbir təşkil edəcək

626224635_1560083778985488_8754241823556111666_n car2

Tədbir haqqında

Fevralın 25-də Azərbaycan-Fransız Universiteti (UFAZ) və “Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” İctimai Birliyinin (AFchamber) birgə təşkilatçılığı ilə tələbə və məzunlar üçün təcrübə proqramlarına həsr olunmuş tədbir keçiriləcək.

“Sinifdən karyeraya körpü” adlı tədbir tələbələrin əmək bazarına hazırlanmasında və akademik biliklərini real iş mühitinin tələbləri ilə uzlaşdırılmasında mühüm rol oynayacaq.

Bu tədbir təhsil sahəsindəki aparıcı şəxslər, İR mütəxəssisləri, tələbələr, məzunlar və biznes nümayəndələrini bir araya gətirəcək. Tələbə və məzunlar öz təcrübələrini bölüşəcək, təhsil sahəsinin əməkdaşları və sahə peşəkarları isə akademiya-biznes əməkdaşlığının perspektivləri haqqında ətraflı məlumat verəcəklər.

Panel müzakirəsində isə tələbə və məzunları ən çox maraqlandıran məsələlərdən biri - təcrübə proqramlarının ödənişli əsaslarla həyata keçirilməsi zərurəti gündəmə gələcək. Müzakirə mövzuları arasında effektiv təcrübə proqramlarının hazırlanması, universitet və işəgötürənlərin gözləntilərinin uzlaşması və mentorluq praktikalarının gücləndirilməsi də yer alacaq.

İştirak sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir.

Tarix: 25 fevral

Saat: 09:30-13:00

Məkan: UFAZ,

Nizami küç. 183

Qeydiyyat linki: https://forms.gle/UsG3uzznAsV2kwov6