22 saat əvvəl

UFAZ-da hidrogen baryeri tətbiqləri üçün natrium silikat örtükləri üzrə tədqiqat seminarı keçiriləcək

Research seminar NEW nuraddin 26 az

Tədbir haqqında

Sentyabrın 16-da Azərbaycan-Fransız Universitetində (UFAZ) materialşünaslıq və hidrogen texnologiyaları sahəsində aparılan elmi araşdırmalara həsr olunmuş növbəti tədqiqat seminarı keçiriləcək.

Seminarda Nurəddin Hüseynov “Polad üçün hidrogen baryeri kimi kommersiya natrium silikat örtüklərinin hazırlanması” mövzusunda tədqiqat nəticələrini təqdim edəcək.

Tədqiqat kommersiya natrium silikat məhlulunun polad səthlər üzərinə tətbiqi və bərkidilməsi prosesini araşdırır. Əsas diqqət örtüyün polad səthə yapışması, səthin vahid şəkildə örtülməsi və örtük bütövlüyünün təmin edilməsi üçün uyğun emal şərtlərinin müəyyənləşdirilməsinə yönəlib.

Araşdırma çərçivəsində müxtəlif tətbiq və bərkitmə üsulları müqayisə edilib. Nəticələr göstərib ki, sobada bərkitmə zamanı örtük səthində büzülmə xətləri və çatlar kimi görünən qüsurlar yarana bildiyi halda, hava şəraitində bərkitmə zamanı bu qüsurlar müşahidə olunmayıb. Fırça ilə tətbiq zamanı yaranan hava qabarcıqları isə dip coating üsulu ilə aradan qaldırılıb. Dip coating və air curing kombinasiyası daha vahid və qüsursuz natrium silikat örtüklərinin hazırlanması baxımından perspektivli yanaşma kimi qiymətləndirilib.

Qeyd edək ki, seminarın spikeri Nurəddin Hüseynov UFAZ-da “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr, Birləşmiş Krallığın Şeffild Universitetində “Materialşünaslıq və mühəndislik” ixtisası üzrə magistratura təhsili alıb. O, hazırda Şeffild Universitetində eyni ixtisas üzrə doktorantura təhsili almaqdadır.

Nurəddin Hüseynovun tədqiqat fəaliyyəti hidrogen texnologiyaları, xüsusilə hidrogen-metal qarşılıqlı təsiri, hidrogenin metallardan keçməsi və hidrogen kövrəkləşməsinin azaldılması üçün sərfəli qoruyucu örtüklərin hazırlanması istiqamətində cəmlənir.

📅 16 sentyabr
🕓 16:15
📍 UFAZ, 102-ci otaq

Şəbəkələşmə tədbiri ilə davam edəcək seminarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz:

https://forms.cloud.microsoft/r/QjP4BE5HgC?origin=lprLink