3 saat əvvəl

UFAZ-da neft-qaz sənayesində proses mühəndisliyinin rolu mövzusunda tədqiqat seminarı keçiriləcək

habib researc h seminar aze 26

Tədbir haqqında

Noyabrın 5-də Azərbaycan-Fransız Universitetində (UFAZ) bp şirkətinin mühəndisi Həbib Babayevin təqdimatında “Proses mühəndisliyi ilə tanışlıq” mövzusunda növbəti tədqiqat seminarı keçiriləcək. Seminarda neft-qaz sənayesində proses mühəndisliyinin əhəmiyyəti, bu sahənin əsas fəaliyyət istiqamətləri və “Kimya mühəndisliyi” ixtisası üzrə məzunlar üçün yaratdığı karyera imkanları müzakirə olunacaq.

Həbib Babayev Parisdə yerləşən “IFP School”da neft sənayesi üzrə magistr dərəcəsi alıb. Peşəkar fəaliyyəti ərzində Avropa, Afrika və Yaxın Şərqdə həyata keçirilən müxtəlif layihələrdə iştirak edib, əməliyyatların və istehsalat obyektlərinin idarə edilməsi, mühəndislik, texniki dəstək və məsləhət xidmətləri istiqamətlərində çalışıb. 27 ildən artıq beynəlxalq neft-qaz sənayesi təcrübəsinə malik olan mütəxəssis hazırda bp-də iri layihələr üzrə əməliyyat mühəndisi vəzifəsində fəaliyyət göstərir.

Seminar çərçivəsində iştirakçılar spikerə suallar ünvanlamaq və onunla fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Görüş zamanı Həbib Babayev tərəfindən hazırlanmış xüsusi suala ən yaxşı cavab verən iştirakçı hədiyyə ilə mükafatlandırılacaq. Tədbir seminar iştirakçılarının bir-biri ilə ünsiyyət qurması, təcrübə və fikirlərini bölüşməsi üçün nəzərdə tutulan şəbəkələşmə sessiyası ilə davam edəcək.

Seminarda iştirak etmək istəyən hər kəsi qeydiyyatdan keçməyə dəvət edirik.

Tarix: 5 noyabr

Saat: 16:15

Məkan: UFAZ, 102-ci otaq

Qeydiyyat: https://forms.cloud.microsoft/r/kk6wayYupG?origin=lprLink