1 həftə, 3 gün əvvəl
UFAZ-da 21-ci əsrdə süni intellekt etikası üzrə elmi seminar keçiriləcək

Tədbir haqqında
Azərbaycan-Fransız Universitetində (UFAZ) süni intellekt və insan münasibətlərinin gələcəyinə həsr olunmuş beynəlxalq elmi seminar keçiriləcək. “Bəşəriyyət və süni intellekt: 21-ci əsr üçün yeni etika” adlı tədbir 2025-ci il, 10 oktyabr, saat 16:15-də, universitetin 102-ci auditoriyasında baş tutacaq.
Seminarın spikeri Braziliyanın Uberlândia Federal Universitetinin (UFU) Kompüter Mühəndisliyi fakültəsinin dosenti, kompüter elmləri alimi və mühəndis Professor İqor Peretta olacaq.
Prof. Peretta həm Braziliyada Elektrik mühəndisliyi üzrə, həm də Fransanın Strasburq Universitetində Kompüter elmləri üzrə doktorluq dərəcəsi alıb. Onun elmi araşdırmaları süni intellekt, maşın öyrənməsi, təkamül modelləşdirmə və kvant texnologiyalarını əhatə edir. Hazırda professor izah edilə bilən süni intellekt və süni intellektin fəlsəfi nəticələri mövzularında beynəlxalq səviyyəli tədqiqatlar aparır.
İqor Peretta 2019-2020-ci tədris ilində tam ştat müəllimi kimi Azərbaycan-Fransız Universitetində çalışıb. O, həmçinin UFAZ-da postdoktorantura araşdırmalarında iştirak edib və Strasburq Universiteti ilə əməkdaşlığı olub. Hazırda isə UFAZ-da dəvət olunmuş müəllim kimi fəaliyyət göstərir.
Seminarda süni intellektin sadəcə texnoloji alət yox, həm də qlobal etik müzakirələrin yeni aktoru kimi rolu barəsində danışılacaq. Məruzədə ənənəvi etik sistemlərdən yeni texnologiyalar dövrünə keçid, eləcə də təhsil və cəmiyyətin qarşısında duran çağırışlar diqqət mərkəzində olacaq.
Seminarda iştirak ödənişsizdir, lakin qeydiyyatdan keçmək tələb olunur.
📌 Qeydiyyat üçün link: https://forms.office.com/r/usb3a3kyEJ
🗓️ Tarix: 10 oktyabr
⏰ Saat: 16:15
📍 Məkan: Nizami küç. 183, UFAZ, 102-ci otaq