4 həftə əvvəl

"Ətraf mühitin dayanıqlığı üçün yenilikçi materiallar" mövzusunda seminar keçiriləcək

24 Sentyabr 2024, 16:15

ggggggg

Müddət

105 dəqiqə

Məkan

UFAZ Conference Hall

Tədbir haqqında

24 sentyabr tarixində Ətraf Mühitin Dayanıqlığı üçün yenilikçi materiallar" adlı seminar keçiriləcək. Bu seminarda UFAZ-ın iki nüfuzlu tədqiqatçısı ətraf mühit problemlərini həll etməyə yönəlmiş yenilikçi materiallar haqqında öz biliklərini paylaşacaqlar.

Şəbnəm Feyziyeva "CO2-nin seçiciliyi və zeolitlər və metal-orqanik skeletlərlə (MOFs) katalizləşmədən sonrakı çevrilmə" mövzusunda təqdimat edəcək. Hazırda Strasburq Universitetində doktorantura təhsili alan Şəbnəm Feyziyeva 2023-cü ildə UFAZ-ın Fiziki Kimya və Kimya Mühəndisliyi üzrə magist proqramını bitirib. Onun tədqiqatları adsorbsiya prosesləri və kataliz üçün yenilikçi materialların sintezi və xarakterizasiyasına yönəlmişdir.

Narınc Tağıyeva "Pestisid çirkləndiricilərin sudan təmizlənməsi üçün qrafen oksid tərkibli kompozitlər" mövzusunda təqdimat edəcək. Narınc Tağıyeva Qafqaz Universitetində bakalavr, ADNU-da da magistr dərəcəsini tamamlayıb. O, hazırda ADNSU və Strasburq Universitetinin birgə doktorantura (kotutelle) proqramı üzrə təhsil alır.

Bu seminar materiallar elmi sahəsindəki ən son yenilikləri və onların daha dayanıqlı bir gələcəyə necə töhfə verə biləcəyini araşdırmaq üçün unikal bir fürsət rolunu oynayır.

ggggg