2 həftə əvvəl
UFAZ-da stressin idarə edilməsinə dair seminar keçirilib
UFAZ Karyera Mərkəzi və LivBonadea Hospitalın birgə təşkilatçılığı ilə psixi sağlamlıq mövzusunda maarifləndirici seminar keçirilib. UFAZ Karyera Mərkəzi tərəfindən təşkil olunan tədbir psixi sağlamlıq və stressin effektiv idarə edilməsi mövzusuna həsr edilib.
Psixiatr Dr. Leyla Abdullayeva “Psixi sağlamlıq və stressin effektiv idarə edilməsi” adlı təqdimatla çıxış etdi. Onun çıxışında psixi sağlamlıq problemlərinin ilkin əlamətlərinin tanınması, panik atakların idarə edilməsi və stresin öhdəsindən gəlmək üçün effektiv üsullar kimi əsas mövzulara toxunulub.
Spiker həmçinin ümumi düşüncə xətaları və onların nəticələri, şəxsiləşdirmə və zənn etmə, düzgün nəfəs alma texinaları kimi mövzular barəsində məlumat verib.
Seminarın əsas məqsədi psixi sağlamlıqla bağlı maarifləndirməni artırmaq və onun gündəlik həyatda nə qədər əhəmiyyətli olduğunu vurğulamaq idi. İştirakçılar öz psixi sağlamlıqlarını və dayanıqlıqlarını inkişaf etdirmək üçün mövcud resursları və dəstək mexanizmlərini araşdırmağa təşviq edilib.
Stressin təsirlərinə toxunaraq və praktik tövsiyələr təqdim edərək, bu seminar sağlam və məlumatlı bir cəmiyyətin formalaşmasına doğru əhəmiyyətli bir addım rolunu oynayıb.