1 həftə əvvəl

Hər zaman uğurları ilə seçilən UFAZ növbəti məzunlarını yola saldı

fffffffffff

İyulun 9-da Milli Gimnastika Arenasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Məzun Günü” keçirilib. Tədbir çərçivəsində UFAZ tələbələrinin də məzun günü baş tutub.

Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov öncə universiteti uğurla başa vuran məzunları təbrik edib. Dosent Vazeh Əsgərov çıxışında yüksəkixtisaslı mühəndislər yetişdirən ADNSU-da təhsil və tədrisin müasir tələblərə uyğun təşkili, universitetin elmi nailiyyətləri və beynəlxalq metrik bazalarda yüksək pillələrdə qərarlaşması haqqında iştirakçılara məlumat verib.

“Məzun Günü”ndə Gənclər və İdman naziri Fərid Qayıbov, Elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Azərbaycanda gənclərin savadlı və sağlam formalaşmasının hər zaman prioritet olduğunu bildiriblər. Məzunları təbrik edən çıxışçılar diqqətə çatdırıblar ki, həmişə olduğu kimi, bu gün də istehsalatda bu qocaman təhsil ocağının yetişdirdiyi mütəxəssislərə tələbat yüksəkdir.

Çıxışların ardınca, yüksək göstəriciləri ilə seçilən tələbələr mükafatlandırılıb. Azərbaycan-Fransız Universitetini ən yüksək qiymət ortalaması ilə başa vuran Məhəmməd Nuriyev, həmçinin yüksək göstəriciləri ilə fərqlənən Alı İrzayev, Əfsanə Salamova, İbrahim Əliyev, Elina Hüseynzadə, Fərəhnaz Otubide Əhmədi, Fəridə Səfərova, Məhəmməd Tağızadə, İbrahim Hüseynzadə, Şahanə Məmmədova və Pərvin Hacıyeva da təltif olunub. Tədbirdə UFAZ-ın fəaliyyətindən, yüksək reytinqli universitetlərinə qəbul alan tələbələri haqqında məlumatların və müsahibələrindən ibarət olan videoçarx təqdim olunub. Ardınca, xatirə şəkli çəkdirilib. Tədbir bəddi hissə ilə davam edib.

Qeyd edək ki, bu il 156 nəfər UFAZ-dan məzun olub. Onlardan 127 nəfəri bakalavr, 29 nəfəri isə magistratura səviyyəsi üzrə təhsilini başa vurub. Məzunların 33 nəfəri magistratura səviyyəsi üzrə dünyanın müxtəlif yerlərində 90-a yaxın yüksək reytinqli universitetə qəbul olublar. Həmin universitetlər sırasına Kembric Universiteti, İsveçrə Federal Texnologiya İnstitutu, Mançester Universiteti, Edinburq Universiteti, Delft Texnologiya Universiteti, Strasburq Universiteti, Minnesota Universiteti və başqaları daxildir.

addgg
fff
aegEDGH
ffff
ffffff
qqqq
qqqqq