3 həftə, 5 gün əvvəl

UFAZ-da bakalavr ixtisaslarına həsr olunmuş Açıq Qapı Günü keçirilib

699171590_1645337357126796_5569583479202312056_n op21

Azərbaycan-Fransız Universiteti (UFAZ) bakalavr ixtisaslarına həsr olunmuş Açıq Qapı Günündə UFAZ-da təhsil almağı hədəfləyən abituriyentləri və onların valideynlərini qəbul edib.

Tədbirdə çıxış edən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov fəaliyyətinin 10-cu ildönümünü qeyd edən universitetin ali missiyaları, tədris prosesi və indiyədək əldə edilən bir sıra uğurlar haqqında məlumat verib.

Daha sonra UFAZ-ın yaradılması, onun əsas tərəfdaşları və məqsədləri haqqında təqdimat həyata keçirilib, təhsil müəssisəsinin malik olduğu elmi-tədqiqat potensialı, eləcə də praktik, layihə və tədqiqata əsaslanan təhsilin üstünlüklərinə diqqət çəkilib. Ardınca 2026-2027-ci tədris ili üzrə UFAZ-a qəbul və qeydiyyat prosesi haqqında ətraflı informasiya verilib.

Tədbirin növbəti hissəsində UFAZ-ın tələbə və məzunlarına söz verilib. UFAZ-ın “Geologiya və geofizika mühəndisliyi” ixtisasından məzun olmuş və hazırda Oksford Universitetinin doktorantı olan Ələmdar Daşdəmirov təhsil yolu, ixtisas üzrə qazandığı əsas biliklər və beynəlxalq elmi məkandakı təcrübələrindən bəhs edib. “Neft və qaz mühəndisliyi” ixtisasında təhsil alan Mədinə Cəfərzadə isə tələbə həyatı, dərsdənkənar fəaliyyətlər, eyni zamanda praktikaya əsaslanan dərslər haqqında ətraflı məlumat verib.

Sual-cavab mərhələsində isə qonaqlar tədris fəaliyyəti, ixtisaslar və qəbul prosesi ilə əlaqədar onları maraqlandıran məsələləri dilə gətiriblər. İcraçı direktor Vazeh Əskərov və Tədris şöbəsinin müdiri Səmra Şiriyeva sualları əhatəli şəkildə cavablandırıblar.

Daha sonra UFAZ-ın Tələbə Şurasının üzvləri – Günay Əşrəfova və Nadir Əzizov tələbələrlə iş, onların sosial fəaliyyətlərə cəlb olunması və universitet rəhbərliyi ilə daimi əlaqələrin təmini haqqında təqdimatla çıxış ediblər. Bundan əlavə, onlar interaktiv oyunlar keçirərək auditoriyaya hədiyyələr təqdim ediblər.

Tədbirin daha bir əhəmiyyətli hadisəsi qonaqların UFAZ-ın 6 mərtəbəli, Avropa standartlarına uyğun şəkildə təşkil edilmiş tədris laboratoriyalarına ekskursiyası olub. Onlar laboratoriya əməkdaşlarının rəhbərliyi altında texniki təminat və praktik dərslər barəsində ətraflı məlumat əldə ediblər.

695102551_18440471962142597_2937989145402758010_n op20
696692690_18440471818142597_2771810812951894589_n op1
695694140_18440471866142597_4279882131982292878_n op16
694765412_18440471857142597_6346683295447770450_n op19
696002197_18440471926142597_7293600493675119370_n op18
695738072_18440472250142597_7242112755114104176_n op17
696470379_18440472241142597_5192562104362752572_n op13
698324909_18440471839142597_994147189371696449_n op12
695067453_18440472013142597_665632974755499391_n op12
698536538_18440471902142597_6855054245617030171_n op11
696486122_18440471893142597_1167149743916588917_n op10
695710273_18440472265142597_1711311065169531305_n op9
696243921_18440471944142597_7801185827135026167_n op8
696914271_18440471827142597_6858259500868003628_n op7
696812174_18440471875142597_6654469267390433251_n op6
695788311_18440471884142597_4273074367131728080_n op4
696328661_18440471986142597_3148500496816314949_n op3
696540806_18440471935142597_6652446766382180809_n op2
695048527_18440471911142597_5986263580667204373_n op5