3 həftə, 5 gün əvvəl

UFAZ-ın “Su ehtiyatlarının idarəedilməsi” üzrə magistr tələbələri növbəti sahə təcrübəsində olublar

690685663_1640451814282017_1947874148291356779_n su8

Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Su ehtiyatlarının idarəedilməsi” üzrə magistr proqramının tələbələri tədris prosesinin praktik hissəsi çərçivəsində sahə təcrübəsində iştirak ediblər.

Səfər çərçivəsində tələbələr Abşeron yarımadasının cənub hissəsində yerləşən Hövsan Aerasiya Stansiyasına baş çəkiblər. Bu səfər tələbələrə Abşeron yarımadasında yaranan çirkab suların böyük hissəsini təmizləyən sistemin necə qurulduğunu və işlədiyini daha aydın şəkildə öyrənmək imkanı verib.

Təcrübə zamanı tələbələr çirkab suların mexaniki və bioloji təmizləmə mərhələləri, aerasiya prosesləri, çökdürmə və dezinfeksiya kimi əsas mərhələlər haqqında ətraflı məlumat əldə ediblər.

Eyni zamanda, onlar real istehsalat mühitində istifadə olunan texnologiyalar və avadanlıqlarla tanış olaraq nəzəri biliklərini praktikada möhkəmləndiriblər.

695143836_1640450690948796_7563798068702435986_n su7
690650367_1640450664282132_7014451439591066761_n su6
690650370_1640450570948808_191777477216764633_n su5
690677008_1640450550948810_4392989019291148219_n su4
690659911_1640450500948815_3168138549646126669_n su2
690660550_1640450530948812_1775843836415281839_n su3
690691626_1640450484282150_2241830281238166673_n su1