3 həftə, 3 gün əvvəl

UFAZ tələbəsi “AzerGold” QSC-nin təqaüdçüləri arasında!

826407_src

27 fevral tarixində “AzerGold” QSC universitet və peşə məktəbi tələbələri üçün IV Təqaüd Proqramının qaliblərinin mükafatlandırılması və “Dağ-mədən topoqrafiyası” dərsliyinin təqdimat mərasimini keçirdi.

Tədbirdə “AzerGold” İdarə Heyətinin sədri Zakir İbrahimov, Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərimov, eləcə də universitet rektorları və tələbələr iştirak edirdi.

2021-ci ildən etibarən həyata keçirilən “AzerGold” Təqaüd Proqramı sənaye və dağ-mədən sahələrində ixtisaslaşan istedadlı tələbələri dəstəkləyərək onların təhsil, bacarıq və karyera hazırlığını gücləndirməyi hədəfləyir. İndiyədək 38 universitet və 37 peşə məktəbi tələbəsi bu təqaüdə layiq görülərək “AzerGold”da praktiki təcrübə keçib. Bu il 10 universitet və 2 peşə məktəbi tələbəsi təqaüd qazananlar sırasında yer alıb. Onlardan biri də UFAZ-ın Geoloji və Geofiziki Mühəndislik ixtisasının 4-cü kurs tələbəsi Zahid Qədirovdur.

Bütün təqaüd qaliblərini təbrik edirik! Bu təşəbbüs dağ-mədən və sənaye sahələrində peşəkar kadrların yetişdirilməsində mühüm rol oynayır.

826401_src
826400_src