1 həftə, 5 gün əvvəl
UFAZ-ın Tələbələri bp-nin Gələcəyin Qadın İstedadları Təqaüd Proqramının Qalibləri Arasındadırlar

bp 2027-ci ildə məzun olan qız tələbələrin təhsil fəaliyyətini dəstəkləmək məqsədilə təşkil etdiyi təqaüd proqramına seçilən namizədlərin adlarını açıqladı. Geologiya, geofizika, neft-fizika, neft və lay mühəndisliyi, qazma mühəndisliyi və digər mühəndislik ixtisasları üzrə təhsil alan tələbələr arasından müəyyən olunan siyahıda UFAZ tələbələrinin də adları var.
“Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə təhsil alan Kamilə Rəhimova, Zeynəb Hüseynli və “Neft və qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan Zəhra Rahimova təqaüd proqramına seçiliblər. Enerji sənayesində yeni bir dövr formalaşdırmağı planlaşdıran proqram gələcək nəsli ruhlandırmağı və dəstəkləməyi planlaşdırır. Məqsəd gənc sənaye innovatorlarını sektorun imkanlarından xəbərdar etmək və onların bakalavr səviyyəsində inkişafına nail olmaqdır.
Təcrübə proqramı müddətində tələbələr neft-qaz nəhəngi olan bp-nin strategiyaları, 2050-ci ilədək nəzərdə tutulan məqsədləri haqqında məlumat əldə edəcəklər. Onlar burada həmçinin karyera perspektivləri ilə tanış olmaq, yaşıdları ilə birgə problem həlli üzərində çalışmaq, yeni bilik və bacarıqlar qazanmaq, eyni zamanda şirkət mükafatına namizədlik imkanına yiyələnəcəklər.
Təcrübə proqramında iştirak edəcək bütün UFAZ tələbələrinə uğurlar arzu edirik!

