1 ay, 3 həftə əvvəl
UFAZ tələbələri “Palçıq vulkanları və flüid miqrasiya sistemləri” mövzusunda beynəlxalq yay məktəbində iştirak edib
 
                    Avqustun 25-29-da “Palçıq vulkanları və flüid miqrasiya sistemləri” mövzusunda V beynəlxalq yay məktəbi keçirilib. Yay məktəbinin açılış və bağlanış mərasimləri Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilib.
Yay məktəbində Azərbaycan-Fransız Universitetinin (UFAZ) 13 tələbəsi iştirak edib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu və Norveçin Oslo Universitetinin təşkilatçılığı, GeoNet MMC-nin təşkilati dəstəyi ilə keçirilib. Layihəyə həmçinin SOCAR, European Geosciences Union (EGU) və Norveç Tədqiqat Şurası dəstək göstərib.
Yay məktəbinin əsas məqsədi gənc tədqiqatçılara palçıq vulkanizmi, flüid miqrasiya sistemləri və neft-qaz sistemləri sahəsində biliklərini artırmaq, elmi əməkdaşlıqları genişləndirməkdən ibarət olub. Proqram çərçivəsində mühazirələr, poster təqdimatları və Abşeron yarımadasındakı palçıq vulkanlarına, eləcə də Yanardağa sahə ekskursiyaları həyata keçirilib.
 
 
 
 
 
 
 
 
