3 həftə, 5 gün əvvəl
UFAZ-ın tələbələri “Turan Drilling”in təqaüd və təcrübə proqramını qazanıblar
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri “Turan Drilling & Engineering” şirkətinin 2026-2027-ci tədris ili üçün elan etdiyi təqaüd və təcrübə proqramında uğur qazanıblar.
Proqram çərçivəsində UFAZ tələbələri həm təqaüd, həm də yay və qısamüddətli təcrübə imkanları əldə ediblər. Proqramın əsas məqsədi gənc mühəndis və İKT mütəxəssislərinin peşəkar inkişafına dəstək olmaq, onların sənaye təcrübəsi qazanmasına şərait yaratmaqdır.
Proqram çərçivəsində “Kompüter elmləri” ixtisasında təhsil alan Nəzrin Əliyeva, Fidan Allahverdiyeva, Səmra Abdullayeva, “Neft və qaz mühəndisliyi”ndə oxuyan Amin Paşazadə, Mədinə Məmmədli, Fəhmin Süleymanov, İlayda Parabaşova və Nuru Qasımov bu uğura nail olublar.
Bütün tələbələri təbrik edir, onlara gələcək fəaliyyətlərində və təcrübə müddətində uğurlar arzu edirik!