1 gün, 16 saat əvvəl
UFAZ-da molekulyar dizayn və funksional materiallara həsr olunmuş simpozium keçiriləcək
Tədbir haqqında
Azərbaycan-Fransız Universitetində (UFAZ) “UFAZ-ın 10 illik yubiley simpoziumu: Dəyişən dünyada molekulyar dizayn və funksional materiallar” adlı elmi seminar təşkil olunacaq.
Dosent Dünya Babanlının moderatorluğu ilə keçiriləcək tədbir molekulyar dizayn, qabaqcıl materiallar və dayanıqlı tətbiqlər sahəsində çalışan tədqiqatçıları və gənc alimləri bir araya gətirəcək.
Simpozium çərçivəsində Dr. Fərəh Əsgərxanova, Strasburq Universitetinin (Unistra) “Cotutelle” proqramı üzrə doktorantı Leyla Əliyeva və Paris-Saklay Universitetinin doktorantı Aytac Adilova tərəfindən elmi məruzələr təqdim olunacaq. Təqdimatlar kosmetik tətbiqlər üçün kompüter dəstəkli molekulyar dizayn, mikrofluidik sistemlərdə hidroksiapatit nanohissəcik/polimer kompozit mikro-fiberlərin hazırlanması, həmçinin plastiklərin və onların tərkibindəki əlavələrin yaşlanma zamanı kimyəvi tərkibi və toksikliyinin dəyişməsi kimi mövzuları əhatə edəcək.
İştirakçılar UFAZ alimləri və doktorantlarının apardığı qabaqcıl tədqiqatlar haqqında məlumat əldə edəcək, eyni zamanda materialşünaslıq və kimya mühəndisliyi sahəsində yeni çağırışlar və innovasiyalarla tanış olacaqlar.
Hər kəsi qeydiyyatdan keçərək tədbirdə iştirak etməyə dəvət edirik!
Məkan: Nizami küç. 183, UFAZ, 102-ci otaq
Tarix: 7 may
Saat: 16:30
Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/vVrUSUfwX3?origin=lprLink