Kompüter Elmləri üzrə Bakalavr Proqramı

Arash3.format-webp copy

Kurikulum

Keçid-ə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.

Riyaziyyat və Kompüter Elmləri departamenti Strasburq Universitetində riyaziyyatın mərkəzi mövqeyini və informasiya elmlərinin inkişafını göstərir və bu iki sahə üzrə bütün dərəcələrdə təlimlər təklif edir.

Bu elmin mütəxəssisləri dünyadakı problemlərə innovativ həllər hazırlamaq, qurmaq və tətbiq etməklə dünyanı dəyişdirirlər. Kompüter Elmləri üzrə təhsil almaq sizə məntiq, strateji düşüncə və komanda işində peşəkar olmağa kömək edəcək. Bu sahə üzrə məlumat bazaları/məlumat hasilatı, şəbəkə və sistemlər, süni intellekt, təhlükəsizlik və ya proqram mühəndisliyi ixtisaslarını seçə bilərsiniz.

Mənim karyera şanslarım nələrdir?

Bu sahənin mütəxəssisi olaraq siz çox müxtəlif istiqamətlərdə çalışa bilərsiniz: DNT biologiyası - insan genlərinin tibbi məqsədlər üçün modifikasiyası - məlumat işlənilməsi - əyləncə - oyun, musiqi və kino yaradıcılığı. Siz, həmçinin sağlamlıq və mühəndislik sektorlarında da çalışa bilərsiniz. Proqram mühəndisliyi davamlı olaraq ən yüksək nüfuzlu işlər sırasında yer alır. Bu sahədə alacağınız təhsil sizə tətbiq yazan, texniki marketoloq, sistem analitiki və ya layihə meneceri kimi vəzifələr qazandıra bilər. Kompüterlər bizim gündəlik həyatımızın bir hissəsidir. Bu sahədə mütəxəssislik sizə kompleks problemləri həll etmə imkanı verəcəkdir. Kompüterləşmə müxtəlif elmlərdə, mühəndislikdə və biznes sahəsində yeniliklərin əsas hərəkətverici qüvvəsidir. Kompüter elmləri kifayət qədər çətin, eyni zamanda dinamik bir sahədir. Bu sahədə işləyən insanlar daimi olaraq öyrənmə prosesinin içində olmalı və bütün sərhədləri aşmağa çalışmalıdır.

Tələbələr məzun olduqdan sonra həm Strasburq Universitetindən, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Kompüter Elmləri proqramı üzrə diplom alacaqlar.