Geofizika və Geologiya Mühəndisliyi üzrə Bakalavr Proqramı

Bachelor_Geophysical_engineering.format-webp copy

Kurikulum

Keçid-ə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.

Geofizika mühəndisliyi müxtəlif təbii resursların, o cümlədən, filizlərin, mineralların, qiymətli daşların, su və qazların yerlərinin elmi metodalarla müəyyənləşdirilməsi və hasil edilməsidir. Geofizika mühəndisləri dünya haqqında olan dərin biliklərini mədənçilik təşkilatları və ya korporasiyaları üçün maraqlı ola biləcək xüsusi minerallar və ya daş ehtiyatları ola biləcək məkanları müəyyənləşdirmək üçün istifadə edirlər. Bundan sonra onlar bu resursların ən səmərəli və ətraf mühitə ziyan vurmadan çıxarmağın planlarını hazırlayırlar. Həmçinin, geofizika mühəndisləri artıq işləməkdə olan hasilat yerlərində tətbiq olunan metodları da təkmilləşdirə bilərlər.

Geologiya / Geofizika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi

Bu bakalavr proqramı Geofizika sahəsinə xüsusi diqqət yetirərək Yer Elmləri üzrə ixtisaslaşmışdır. Proqram Fransanın geotexnika və hidroloji problemlər üzrə ixtisaslaşmış Strasburq şəhərindəki Yer Elmləri Məktəbi və Rəsədxanası (EOST) məktəbi tərəfindən idarə olunur. Həmin məktəb Fransada karbon əsaslı və geotermal enerji ilə çalışan şirkətlər və xidmət şirkətləri üçün çalışır.

UFAZ-ın Geologiya və Geofizika sahəsindəki bakalavr dərəcəsi Riyaziyyat, Fizika və Proqramlaşdırma sahələrində güclü bilikləri tələb edən Plitələr tektonikası, Geologiya, Geofizika və Geokimyanın əsas aspektləri üzrə təlimləri birləşdirir. Bu proqram Strasburq Universitetinin təcrübəli mütəxəssisləri və müəllimləri tərəfindən aparılır.

Bütün kurslarımızda praktiki işlərə xüsusi diqqət ayırırıq, tələbələri həm laboratoriyada, həm də sahələrdə işləməyə təşviq edirik və onlara geofiziki tədqiqat üsulları (seysmik üsullar, qravimetriya və maqnetik müşahidələr, elektromaqnetik müşahidələr) və onların müvafiq məlumat emalı və analizi üsulları haqqında praktiki təcrübə qazandırırıq.

Yer Elmlərində heç bir sahə tək başa düşülə bilmədiyi üçün tələbələrə əldə etdikləri bütün bilik və bacarıqları birləşdirməyə və praktiki problemləri layihə yönümlü bir çərçivədə təhlil etmək və həll etmək üçün tətbiq etməyə istiqamətləndiririk. Məqsədimiz güclü analitik və problem həll etmə bacarığı olan yaxşı mütəxəssislər yetişdirməkdir.

Tələbələrimizin yarısının enerji şirkətlərində və onların geofiziki/geotexniki xidmət şirkətlərində informasiyanın əldə edilməsi, emalı və analizi sahələrindəki başlanğıc səviyyəli vəzifələrə müraciət etmələrini gözləyirik. Digər yarısının xaricdə magistr dərəcəsi və ya qabaqcıl mühəndislik dərəcəsi ilə təhsillərini davam etdirmələrini, daha sonra tədqiqat və inkişaf, idarəetmə, habelə daha çox texniki sahələrdə daha yüksək səviyyəli vəzifələrə müraciət etmələrini gözləyirik.

Geologiya / Geofizika mühəndisliyi ixtisası tələbəsinin bacarıqları nədir?

  • Tələbələr Yer Elmləri (geofizika, geologiya və geokimya) sahələrində güclü nəzəri və praktik təcrübəyə malikdir.
  • Tələbələr yer elmləri və fizika anlayışlarına və bu sahəni istər sənaye təlimləri, istər digər akademik təlimlər və istərsə də öz-özünə öyrənmə yolları vasitəsilə dərinləşdirməyə tələb olunan riyazi bacarıqlara yiyələnir.
  • Tələbələr bu bilik və bacarıqları lazım olduqda müxtəlif sahələrdən məlumatlar toplayaraq yeni yer elmləri problemlərini həll etmək üçün tətbiq edə bilər.
  • İngilis dilində səmərəli ünsiyyət qura bilər (həmçinin fransız dilində).
  • Əlverişli komanda mühitində səmərəli şəkildə işləyə bilər.

Tələbələr məzun olduqdan sonra həm Strasburq Universitetindən, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Yer elmləri və geofizika mühəndisliyi proqramı üzrə diplom alacaqlar.

Geofizikanın nə olduğunu və bakalavr diplomunuzdan peşəkarcasına necə fayda götürə biləcəyinizi daha yaxşı təsəvvür etməyiniz üçün UFAZ-dakı Geofizika proqramı koordinatoru, Strasburq Universitetinin seysmologiya professoru doktor Alessia Maggi ilə söhbət etdik. Dr Maggi müntəzəm olaraq tələbələrimizə Geofizika ixtisasını öyrətmək üçün UFAZ-a gəlir. Müsahibədə Geofizika haqqında dərin məlumatlar və bəzi karyera tövsiyələri əldə edə bilərsiniz.

https://www.youtube.com/watch?v=x-hHSUboaD8