Kimya

Proqramın məqsədləri

Proqramın əsas məqsədi tələbələr üçün ilk növbədə elmlərin (Riyaziyyat, Fizika, Kimya) fundamental tədrisini, sonra isə onların fiziki və analitik kimya sahəsində həm nəzəri, həm də praktiki biliklərə yiyələnməsini təmin etməkdir.

Məqsəd, dövlət və ya özəl kimya laboratoriyalarında işləyə biləcək, ya da fiziki və ya analitik kimya üzrə magistr təhsilini davam etdirərək, nəhayət, özəl və ya dövlət kimya laboratoriyalarında və ya sənayedə müəllim və ya tədqiqatçı kimi işləyə biləcək uğurlu tələbələrin yetişdirilməsidir.

Bilik və bacarıqlar

Təhsil müddətində tələbələr aşağıda qeyd olunan bacarıqlara yiyələnəcəklər:

  • Kimya, riyaziyyat, fizika, kompüter elmləri sahəsində fundamental elmi biliklər;
  • Kimyanın müxtəlif sahələrini birləşdirərək sadə kimya problemlərini təhlil və həll etmək;
  • Laboratoriya təcrübələrinə riayət edərək, ingiliscə eksperimental protokolu tətbiq etmək və anlamaq;
  • Seçilmiş, tənqidi şəkildə təhlil edilmiş, sintez və istifadə edilmiş biblioqrafik və ya elmi məlumatları seçmək;
  • İngiliscə yazılı və şifahi olaraq elmi üslubda ünsiyyət qurmaq;
  • Müstəqil öyrənmək və tətbiq etmək;
  • Başqaları ilə qarşılıqlı əlaqə qurmaq və işləmək.

Güclü tərəflər

Dörd illik proqram müddətində tələbələr həm nəzəri, həm də praktiki olaraq ümumi elmi biliklərə yiyələnəcəklər.

Tələbələr hər sahə üzrə müvafiq mütəxəssislər tərəfindən təlim alacaqları laboratoriyada müasir avadanlıqlardan istifadə edərək işləyəcəklər.

Məzun olduqdan sonra tələbələr həm Strasburq Universiteti, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəm kimya üzrə bakalavr dərəcəsinə yiyələnəcəklər.

Əldə ediləcək nəticələr

Məzun olduqdan sonra tələbələr müxtəlif kimya laboratoriyalarında yüksək səviyyəli mütəxəssislər kimi işləyə biləcəklər və tədris etməyə də hazır olacaqlar. Həmçinin, məzunlar UFAZ-da və ya xaricdə fiziki kimya və ya analitik kimya üzrə magistr təhsili ala biləcəklər.

KURİKULUM