Kamal Ağayev

24 Aprel tarixində UFAZ Karyera Mərkəzinin UFAZ Məzunlar Şəbəkəsinin "Məzunlarla görüş" seriyasından olan növbəti görüşü baş tutdu. Bu dəfəki görüş Simbrella şirkətinin Texniki rəhbəri və uğurlu məzunu Kamal Ağayevin iştirakı ilə baş tutub. Sessiyada Kamal, UFAZ-da tələbə illərində əldə etdiyi dəyərli təcrübələri bölüşüb, uğurlu CV hazırlanması və iş müsahibələrində uğur qazanmaq üçün iştirakçılara praktiki məsləhətlər verib, həmçinin proqramlaşdırma mühəndisi kimi fəaliyyət göstərdiyi karyera yolunu iştirakçılarla müzakirə edib.

Kamal hazırda çox populyar olan ChatGPT kimi qabaqcıl texnologiyaların sahəyə necə inteqrasiya etdiyini vurğulayıb və gələcəkdə süni intellektin ənənəvi kodlaşdırma işlərini əvəz edə biləcəyi ehtimalını nəzərə çatdırıb. Kamal, vaxtdan səmərəli istifadə, davamlı öz üzərində işləmə və ömür boyu öyrənməyə maraq göstərməyin əhəmiyyətini vurğulayıb və tələbələri daim bilik və bacarıqlarını inkişaf etdirməyə səsləyib.

437527902_1033181058342432_6315594168824810897_n
437534743_1033180985009106_7055177137308931843_n