Tələbə klubları

Təsəvvür etmək bilikdən daha vacibdir. Bilik yalnız hazırda bildiklərimiz və başa düşdüklərimizdən ibarətdir. Təsəvvür isə bütün dünyanı əhatə edir və təsəvvür etdiyin müddətdə daima öyrənilməli və başa düşülməli yeni şeylər olacaq.

Albert Eynşteyn

Bizim klublar (Tələbə Şurası altında fəaliyyət göstərir) tələbələr tərəfindən idarə olunur və daimi olaraq UFAZ administrasiyası tərəfindən dəstəklənir. Klublar universitetin həyatında çox mühüm rol oynamaqla bərabər, tələbələrə öz liderlik bacarıqlarını inkişaf etdirməyə imkan verir.

Burada siz sadəcə hər hansı bir kluba üzv olmaqla yeni maraqlarınızı və ya arzularınızı kəşf edə bilərsiniz. Klublar və Tələbə Şurası UFAZ-da tələbə həyatının ən mühüm komponentləridir. Onlar tələbələrin bir-biriləri ilə tanış olmaları, möhkəm dostluq qurmaları, sosiallaşmaları üçün əlverişli şərait yaradır.

Biz xəyal etmənin və kreativliyin gücünə inanırıq. UFAZ-ın Azərbaycanın ali təhsil sisteminə qoşulduğu ilk gündən etibarən həm rektorumuz, həm də bütün administrasiya heyətimiz tələbələrimizi müxtəlif klublara qoşulmaqla öz istedadlarını üzə çıxarmağa səsləyirlər.