Fransada yay məktəbi
UFAZ tələbəsi olmağın üstünlüklərindən biri partnyorlarımız olan Fransanın nüfuzlu universitetlərində (Strasburq Universiteti və Renn 1 Universiteti) yay məktəblərində iştirak etməkdir.
2017-ci ilin yay fəslindən etibarən, ən yaxşı nəticə göstərən 40 tələbəmiz Strasburqda iki həftəlik yay məktəbində iştirak etmək imkanı qazanırlar.
Ən yaxşı akademik nəticə göstərən 2-ci və 3-cü kurs tələbələri bu proqramda ödənişsiz əsasda iştirak edə bilərlər (yalnız beynəlxalq sığorta və qida xərcləri iştirakçılar tərəfindən ödənilir).
Həm Strasburq Universiteti, həm də Renn 1 Universiteti müasir tələbə kampuslarına sahibdirlər və Fransanın tarixi-mədəni əhəmiyyətə malik regionlarında yerləşirlər (Strasburq Universiteti Elzasda, Renn 1 Universiteti isə Bretanda).
Strasburqda keçirdikləri vaxt ərzində tələbələr əsrlərlə yaşı olan və eyni zamanda müasir təhsil dünyasının standartlarına cavab verən universitetlərin atmosferini və mühitini özləri üçün kəşf edirlər.
Strasburqda keçirilən Yay Məktəbi hamımız üçün unudulmaz təcrübə oldu. Fransa mədəniyyəti və Strasburq şəhəri ilə tanış olduq. Həqiqətən də heyrətamiz idi. Bu fürsəti bizə yaratdığı üçün UFAZ və Unistra'ya təşəkkür etmək istəyirəm! Çox sağ olun!
Strasburqda olmaq və bu mənzərəli şəhərin gözəlliyini görmək, mehriban və isti insanları ilə tanış olmaq və mədəniyyətlərini öyrənmək çox gözəl təcrübə idi. Gələcəkdə yenidən Strasburqu görməyi ümid edirəm.
Fransaya səfər etmək imkanı verdiyi üçün UFAZ-a minnətdaram. Bu, inanılmaz bir səyahət idi və mən onun hər dəqiqəsindən zövq aldım.