Data elmi və süni intellekt
Kurikulum
🛈 Keçid-ə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.
İxtisas haqqında
"Data elmi və süni intellekt" ixtisası böyük data və süni intellekt sahələrinə fokuslanır. Bu sahə tələbələrə paralel və paylanmış hesablamalar, təsvirlərin işlənməsi və şəbəkələşmə üzrə qabaqcıl biliklər qazandırır. Proqram tələbələrə UFAZ-ın 800 TFlops gücündə qeyri-nyuton xarakterli PARSEC superkompüterində praktik təcrübə imkanı təqdim edir. Tələbələr notbuklarla təmin olunur, xüsusi laboratoriyada praktik dərslər keçirlər. Məqsəd Azərbaycanda inkişaf edən rəqəmsal sənayenin tələblərinə cavab vermək, yüksəkixtisaslı proqramçılar hazırlamaq və qabaqcıl tədqiqatlar üçün mütəxəssislər yetişdirməkdir.
İxtisas qabaqcıl proqramlaşdırma, şəbəkə, paylanmış və paralel proqramlaşdırma, stoxastik optimallaşdırma, məlumatların yaradılması, görüntü təhlili (peyk görüntü analizi), görüntü sintezi (oyunlar və animasiya üçün), kollektiv zəkaya malik kompleks sistemlərdə və süni intellekt sahəsinin ən müasir nailiyyətlərindən olan simvolik və izahediləbilən süni intellekt istiqamətində nəzəri və praktik təlimləri özündə birləşdirir. Tədris Fransanın ən yüksək kompüter elmləri laboratoriyalarının tədqiqatçıları olan dosent və professorlar tərəfindən aparılır.
Qazanılan bilik və bacarıqlar
- Məzunlar böyük data, süni intellekt və görüntü texnologiyaları bankçılıq, şəbəkələşmə, oyun, görüntü emalı, logistika və nəqliyyat kimi müxtəlif sahələrdə çalışa bilərlər.
- Proqramı bitirənlər yüksək bacarıqlara sahib proqramçılar olurlar.
- Bu ixtisas layihə idarəçiliyi, ünsiyyət və biznes qurmaq bacarıqlarına fokuslanır.
- Məzunlar tətbiqi proqramçı, kompüter elmləri mütəxəssisi, şirkət rəhbəri və CEO kimi karyera imkanlarına hazır olurlar.
- Bəzi məzunlar doktorantura təhsili almağı seçə və bu sahədə tədqiqatçı kimi fəaliyyət göstərə bilərlər.
İlkin tələblər
UFAZ kompüter elmlərinin bütün sahələri üzrə sürətli öyrənə bilən, çalışqan və güclü namizədlər axtarır. İdeal namizədlər tətbiqi elmlər (fizika və kimya kimi) sahəsində də bilik və bacarıqlara malik olmalıdırlar.
Namizədlər aşağıdakı sahələrdə müasir biliklərə və praktik bacarıqlara malik olmalıdırlar: "Linux/Unix" əməliyyat sistemləri (sistem idarəetməsi, shell skriptləri – dövrlər, dəyişənlər və s.), prosedur və obyekt yönümlü proqramlaşdırma (C, C++, Java, Python), TCP/IP şəbəkələşməsi, verilənlər bazası (PHP/MySQL), veb-proqramlaşdırma (klient/server modeli, JavaScript).