Kimya Mühəndisliyi
Kurikulum
Keçid-ə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.
Proqramın məqsədləri
Kimya mühəndisliyi ixtisası kimya sənayesindəki çağırışlara və yeniliklərə uyğunlaşdırılmış yüksək səviyyəli tədris təmin etmək məqsədi daşıyır. Tədris proqramı tədricən əsas bacarıqları tətbiq etməklə tələbələrə fundamental elmi bilikləri (riyaziyyat, kimya, fizika) və bu biliklərdən kimya və kimya mühəndisliyi ilə əlaqəli müxtəlif sahələrdə necə istifadə etməyi (konsepsiya, istehsal üçün proseslərin ölçüləri, analitik kimya, keyfiyyətə nəzarət) öyrədir.
Bu cür tədris nəzəri və praktik biliklər verməklə yanaşı elmi və ya biblioqrafik məlumatları təhlil etmək, sintez etmək kimi ikili rol oynayır. Proqram həm də ətraf mühit və şirkət mədəniyyəti ilə bağlı bilik və bacarıqları ehtiva edir.
Bilik və bacarıqlar
Kimya mühəndisliyi kimyəvi sənaye qurğularında yüksək səviyyəli bakalavr mütəxəssislərini yetişdirmək və yeni prosesin dizaynı və konsepsiyası və ya mövcud qurğuların optimallaşdırılması üçün mühəndisə texniki yardım göstərmək məqsədi daşıyır. Bu ixtisası bitirən mütəxəssisin bacarıqları kimya, fizika, kimya mühəndisliyi və sənaye nəzarəti sahəsində son və müxtəlif qurğularda təcrübə işləri də daxil olmaqla çoxşaxəli təlim proqramına əsaslanır. O, fəaliyyətini avadanlıq və istehsal prosesinə, habelə hazır məhsulların təhlili və idarə olunmasına yönəltməlidir. Mütəxəssis burada qazandığı biliklərə əsasən qabaqcıl simulyasiya və modelləşdirmə vasitələrindən istifadə edir, düzgün laboratoriya təcrübələrini yerinə yetirərək təcrübə protokollarını tətbiq edir və başa düşür. Təhlükəsizlik qaydalarına və ətraf mühitə hörmətlə yanaşaraq texniki həllər hazırlayır və tənzimləmə inkişafını təmin edir. Spesifik problemi təhlil edir və nəzəriyyədən əldə edilmiş elmi bilikləri səfərbər edərək asan kimyəvi və ya kimya mühəndisliyi problemini həll edir.
Güclü cəhətlər
- Fundamental nəzəri vasitələrə (ümumi kimya, analitik kimya, kimya mühəndisliyi) nəzarət.
- Sənaye layihələrinə yönəlmiş təhsil.
- Komanda şəklində təşkil olunmuş layihələr vasitəsilə biliklərin həyata keçirilməsi.
- Mövcud sənaye tələbatına uyğun olaraq keçirilən laboratoriya dərsləri.
Bu yeniliklərdən sonra tələbələr aşağıdakılara nail olacaqlar:
- Təhlükəsizlik qaydalarını nəzərə alaraq işləmək;
- Problemlərin həllində və ya mövcud kimyəvi proseslərin həyata keçirilməsində fəal olmaq;
- Kimyəvi sintezdə protokolu oxumaq və ona uyğunlaşmaq;
- Mövcud proseslərin səmərəliliyini artırmaq;
- Kimya və ya ətraf mühit mühəndisliyi aspektlərində texniki məsləhət vermək və kömək etmək;
- Kimyəvi prosesin cədvəlini anlayaraq optimallaşdırma yolları təklif etmək;
- Kimyəvi prosesdə müxtəlif unitar əməliyyat cihazlarını dizayn etmək.
Students will receive diploma on Bachelor of Science in Chemistry, Chemical Engineering program, from both Strasbourg University and the Azerbaijan State Oil and Industry University upon their graduation.