Yer Elmləri üzrə Magistratura Proqramı
Proqramın Təsviri
Azərbaycan-Fransız Universiteti (UFAZ) tərəfindən təklif olunan bu iki illik magistratura proqramı Yer kürəsindəki kimyəvi və fiziki proseslərin modelləşdirilməsinə fokuslanaraq Yer elmləri üzrə ixtisaslaşır. Fransanın Strasburq Universitetinin Yer Elmləri Rəsədxanası (Ecole et Observatoire des Sciences de la Terre of Strasbourg University) və Renn1 Universitetinin pilot layihəsi olaraq həyata keçirilir.
Riyaziyyat, Fizika və Proqramlaşdırma sahələrində güclü bilik tələb edən proqram Geologiya, Geofizika və Geokimyanın qabaqcıl istiqamətləri üzrə təlimləri ehtiva edir. Bu proqram Strasburq və Renn1 Universitetləri tərəfindən təcrübəli mütəxəssislər və ixtisaslaşmış kurslar ilə təmin edilir.
Kurikulum
Keçidə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.
Proqramı bitirdikdə əldə olunan biliklər
Bütün kurslarımızda analitik əsaslandırmaya, tələbələri yer elmləri proseslərini modelləşdirməyə yönləndirməyə və onlara geofiziki və geoloji çöl işləri, müvafiq verilənlər emalı və təhlili üsulları barədə praktiki təcrübələr verməyə xüsusi yer ayırırıq.
Yer Elmlərində təcrübə əhəmiyyət kəsb etdiyi üçün tələbələrə əldə etdikləri bütün bilik və bacarıqları tətbiq etmələri və ixtisaslarında yaranacaq problemləri təhlil və həll etmələri üçün layihələr və digər imkanlar təklif edilir. Məqsədimiz güclü analiz və problem həll etmə bacarığı olan güclü mütəxəssislər yetişdirməkdir.
Tədris zamanı əldə olunacaq və inkişaf etdiriləcək bilik və bacarıqlar aşağıdakılardır:
- Yer elmləri üzrə güclü nəzəri, riyazi və praktiki biliklər;
- Yer elmləri və Fizika üzrə dərin məlumat və hesablama qabiliyyətləri; bu qabiliyyətləri sənaye təcrübəsi, akademik tədris və ya fərdi öyrənmə vasitəsilə Yer elmlərinin istənilən sahəsi üzrə inkişaf etdirmə bacarığı;
- Yeri gəldikdə müxtəlif sahələrdən əldə onunan bilikləri tətbiq etməklə müasir yer elmləri problemlərini həll etmək bacarıqları;
- İngilis dilində qlobal mobilliyi təmin edəcək səviyyədə ünsiyyət bacarığı
- Multikultural mühitdə və komanda şəklində səmərəli işləmək bacarığı;
İlkin Şərtlər
Kompleks məlumatları tez öyrənə bilmə bacarığı olan və əvvəllər məlum olmayan problemləri həll etmək üçün biliklərindən istifadə edə bilən, güclü iş bacarığına sahib namizədlər axtarırıq. Bakalavr təhsilini aşağıdakı ixtisaslar üzrə bitirən namizədlərə üstünlük verilir:
- Fizika (kontinium mexanikası, maye mexanikası, elastik mühitdə dalğanın yayılması, elektromaqnit hadisələri, potensial sahələr);
- Geologiya (stratiqrafiya, tektonik piltələr, mineralogiya, petrologiya, sedimentologiya);
- Kimya (maddənin arxitekturası və transformasiyası, kimyəvi tarazlıq, kimyəvi reaksiyaların termodinamikası);
Laboratoriyada, geoloji və geofiziki çöl işlərində və proqramlaşdırma sahəsində (Python) təcrübəsi olanlara üstünlük veriləcəkdir.