Su Ehtiyatlarının İdarəedilməsi üzrə Magistratura Proqramı

Untitled design (29)

Proqramın təsviri

İki illik magistr proqramının məqsədi su resurslarının təhlil və idarə olunması sahəsində mütəxəssislər hazırlamaqdır. Proqramı başa vuran mütəxəssislər bu sahədə akademik tədqiqatla və pedaqoji fəaliyyətlə məşğul olacaq, yerli və ya beynəlxalq şirkətlərdə işləyə biləcəklər. Yüksək səviyyəli ekspertlərin hazırlanması su resurlarının idarəedilməsi sahəsində innovasiyalara və inkişafa töhfə verəcəkdir. Fənlərarası inteqrasiya yanaşması su ehtiyatlarına fərqli aspektdən baxışı təmin edəcək və davamlı idarəetmənin ictimai məsələlərinə və ətraf mühit dəyişikliklərinə uyğunlaşdırılmasına imkan yaradacaqdır.

Proqram mühazirələr, praktik iş və sahə üzrə təlimləri özündə ehtiva edir. Proqrama qoşulmaq istəyənlərdən yer elmləri, o cümlədən geologiya, hidrologiya və geokimya, həm də riyaziyyat və kompüter proqramlaşdırılması kimi sahələrdə baza biliklərinin olması tələb edilir. Dərslər yerli qurumların (Azərsu, Aqrar Tədqiqatlar Mərkəzi, İqtisadiyyat nazirliyi), eyni zamanda Avropa təşkilatlarının (Fransanın Su üzrə Beynəlxalq Ofisi, Caspisnet) mütəxəsissləri tərəfindən təqdim olunan kursları başa vurmuş Fransız müəllimlər tərəfindən keçirilir.

Kurs üç əsas məsələnin tədrisinə istiqamətlənir:

1) Hidrogeoloji yanaşma yolu ilə əldə olunan təbii su resursları;

2) Kimyəvi / bioloji göstəricilər və sanitasiya üsulları vasitəsilə suyun keyfiyyəti;

3) Sosial-iqtisadi məsələlər və davamlılıq ilə əlaqədar su ehtiyatlarının idarə edilməsi.

Kurikulum

Kurikulum haqqında daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

Proqramı bitirdikdə əldə olunan biliklər

Proqramda su ehtiyatlarının qiymətləndirilməsi və idarə olunmasının fərqli aspektlərini başa düşməyə imkan verən analitik, fənlərarası inteqrativ tədris fəaliyyətinə diqqət yetirilir. Tələbələr, layihə üzərində işləyərək, praktik problemlərin təhlili və həlli üçün qazandıqları bilik və bacarıqlardan istifadə etmək imkanı qazanacaqlar. Bununla yanaşı, "Müşahidə etmək - anlamaq - həll etmək" strategiyasını izləmək bacarıqlarını inkişaf etdirəcəklər.

Məqsəd güclü analitik, ədədi, problem həll etmə və qərar qəbul etmə bacarıqları olan elm adamları yetişdirməkdir. Tələbələr texniki bilikləri ilə praktik qabiliyyətlərini aşağıdakı sahələrdə birləşdirərək əvəzolunmaz bir təcrübə əldə edəcəklər:

- Məlumatların alınması və təhlili

  • Semplinq və ölçmə strategiyasının dizaynı və həyata keçirilməsi;
  • Coğrafi informasiya sistemləri də daxil olmaqla statistik və modelləşdirmə vasitələri;
  • Suyun mövcudluğunu və paylanmasını başa düşmək üçün hidroloji məlumatların təhlil edilməsi;
  • Məlumatların multidissiplinar kontekstdə şərh edilməsi.

- Təbii sistemlərin inteqrasiya olunmuş anlayışı

  • Hidroloji, kimyəvi və bioloji parametrlərdən istifadə edərək suyun keyfiyyətini qiymətləndirmək və nəzarət etmək;
  • Hidrosistemin vəziyyətini və fəaliyyətini diaqnoz etmək;
  • Su ehtiyatları ilə əlaqəli mürəkkəb problemlərin təhlili və həlli;
  • Regional və beynəlxalq su ehtiyatları və onların idarə edilməsində yaranan çətinliklər arasında paralellər aparılması.

- İdarəetmə və qərar qəbul etmə

  • Su resurlarının idarəedilməsinin ətraf mühitə necə təsir etdiyini anlamaq;
  • Davamlılıq məsələlərinin su resurlarının idarəedilməsinə inteqrasiyası;
  • Hüquqi, sosial-iqtisadi və etik məsələlərin qərar qəbuletmə prosesinə inteqrasiyası;
  • Su ilə əlaqəli layihələrin planlaşdırma və icra edilməsindən qiymətləndirmə mərhələsinə qədər idarə edilməsi;
  • Su resurslarının idarəedilməsində texnoloji irəliləyişləri nəzarətdə saxlamaq və innovativ strategiyaların inkişaf etdirilməsi.

- Kommunikasiya və maraqlı tərəflərin cəlb edilməsi

  • Yazılı və şifahi təqdimatlar vasitəsilə ingilis dilində kommunikasiya və inandırma bacarıqları;
  • Mürəkkəb texniki məlumatların tədqiqatçılardan, sənayelərdən, dövlət qurumlarından və ictimai təşkilatlardan ibarət olan geniş auditoriyalara çatdırılması;
  • Müxtəlif sahələrin mütəxəssisləri ilə effektiv əməkdaşlığın qurulması.

İlkin Şərtlər

Proqrama qatılmaq istəyən şəxslərin yer elmləri və riyaziyyat sahələrində güclü biliklərinin olması mütləqdir. İngilis dilində dil biliklərinin olması, yüksək motivasiya və çalışqanlıq proqram üçün zəruri olan digər keyfiyyətlərdir. Tələbə namizədləri daim öyrənməyə, yeni biliklər əldə etməyə və fənlərarası inteqrasiya yanaşmasına açıq olmalıdırlar.