Neft-Qaz Mühəndisliyi
Kurikulum
Keçid-ə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.
Neft - Qaz mühəndisliyi üzrə peşəkar bakalavr
Neft-Qaz Sənayesinin Tədqiqat və İstehsalat sektoru üçün cihaz texnologiyaları sahəsində ixtisaslaşmış 3 illik bakalavr dərəcəsidir.
Tələbələrdən 2 illik ortaq elmi bazadan sonra proqramın son ilində ixtisaslaşdırılmış texnoloji sahələr üzrə dərslərdə iştirak etmək tələb olunur.
Mühazirələrin böyük hissəsi SLB və TotalEbergies kimi hasilat və kəşfiyyat fəaliyyəti ilə məşğul olan müxtəlif nüfuzlu beynəlxalq şirkətlər və ya təşkilatlardan olan mütəxəssislər tərəfindən keçirilir.
Tələbələr sahə əməliyyatlarında güclü bilikli menecer olmaq və neft-qaz sənayesi sahəsində və ya cihazqayırma layihələrində (quyu və istehsal sahələrinə nəzarət alətləri və sistemlərinin dizaynı, tətbiqi və monitorinqi) işləmək üçün yetişdirilir.
Tələbə hansı vəzifələrə müraciət edə bilər?
Mümkün vəzifələr:
- Qazma qeydiyyatçısı
- Nəzarət otağının supervayzeri
- İstehsal mühəndisi
- Elektrik qeydiyyatçısı
- Sahə istehsalçısı
- İstehsal panelinin operatoru
- İdarəetmə sisteminin mühəndisi
- İntizam üzrə rəhbər
- Təhlükəsizlik üzrə mühəndis
Neft-Qaz mühəndisliyi ixtisası tələbəsinin bacarıqları nədir?
- Karbohidrogen istehsalı və yeni qazma / tamamlama prosesləri üçün alətlər və məlumatların toplanması və emalı üzrə aşağıdakı istiqamətlər üzrə ixtisaslanıb:
- Yer Elmləri sahəsi üzrə (geologiya, geofizika və yataqlar)
- Yeni texnologiyalara və yeni çağırışlara sürətli uyğunlaşma bacarığı üzrə
- Dünyadakı coğrafi hərəkətlilik üzə
- Multikultural iş mühitində komanda ruhu üzrə
Tələbələr məzun olduqdan sonra həm Renn 1, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən neft və qaz mühəndisliyi proqramı üzrə diplom alacaqlar.
Renn 1 Universitetinin Neft - Qaz proqramı tələbələrini bakalavrdan sonra əmək bazarına daxil olmağa hazırlamaq üçün nəzərdə tutulan peşəkar bakalavr (bir illik proqram) proqramıdır.
UFAZ tələbələrinə sonuncu kursda Neft - Qaz şirkətlərinin mütəxəssisləri tərəfindən 130 saat mühazirə keçirilir. Bundan əlavə, tələbə sonuncu kursda neft - qaz sənayesinə aid bir şirkətdə təcrübə keçməlidir.
UFAZ-ın Neft - Qaz mühəndisliyi ixtisasının tələbələri Renn 1 universitetində yalnız sonuncu kursdan etibarən (4-cü il - son il) administrasiyada qeydə alınacaq.
Təqdim olunan diplom Renn 1 universiteti tərəfindən (IUT de Lannion) veriləcək.
1-ci kurs da daxil olmaqla tələbələr ilk ildən etibarən Strasburq Universitetində administrasiyada qeydə alınır.