Fiziki Kimya və Kimya Mühəndisliyi üzrə Magistratura Proqramı

Untitled design (33)

Proqramın Təsviri

UFAZ-ın Fiziki Kimya və Kimya Mühəndisliyi üzrə Magistratura Proqramı üç müxtəlif sahəni əhatə edən iki illik proqramdır :

  • Kimya mühəndisliyi,
  • Fiziki və Analitik Kimya,
  • Kemoinformatika.

Bakalavr təhsilini UFAZ-ın Kimya mühəndisliyi, eləcə də digər universitetlərin Kimya mühəndisliyi və Ümumi Kimya ixtisasları üzrə alan bütün namizədlər bu magistratura proqramına müraciət edə bilərlər.

İlk ilin (M1) hər iki semestrində tələbələr qeyd olunan hər üç ixtisas üzrə mühazirələr dinləyəcək, laboratoriya işləri aparacaqlar. Proqram hər üç sahə arasındakı vacib interdisiplinar əlaqələri əks etdirən xüsusi mühazirələri də əhatə edəcək. İlk tədris ili 6 həftəlik yay təcrübəsi ilə yekunlaşacaq. Növbəti ilin (M2) ilk semestrində tələbələr Kimya mühəndisliyi, Fiziki və Analitik kimya və ya Kemoinformatika istiqaməti üzrə ixtisaslarını seçəcəklər. Qeyd edək ki, son iki ixtisas Strasburqda tədris olunacaq. Hər bir ixtisas seçilmiş sahə üzrə müasir mühazirələri əhatə edəcək. M2 proqramının ikinci semestrində nəzərdə tutulan 5 aylıq təcrübə isə elmi laboratoriyada və ya müvafiq sənaye müəssisəsində həyata keçiriləcək.

Kurikulum

Keçidlərə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.

Kimya mühəndisliyi üzrə ixtisaslaşma

Fiziki və Analitik kimya üzrə ixtisaslaşma

Kemoinformatika üzrə ixtisaslaşma

Proqramı bitirdikdə əldə olunan biliklər

Tədris zamanı əldə olunacaq və inkişaf etidiriləcək bilik və bacarıqlar aşağıdakılardır:

  • İxtisaslaşma sahəsi üzrə qabaqcıl biliklər;
  • Laboratoriya fəaliyyəti üçün tələb olunan bacarıqlar;
  • Tədqiqat metodologiyasını təhlil etmək, anlamaq və tətbiq etmək; Əsaslandırmanı ifadə etmək; biblioqrafik resurslardan və vasitələrdən səmərəli istifadə etmək;
  • Aydın və dəqiq şifahi və yazılı ünsiyyət; İngilis dilinin akedemik və peşəkar konteksdə istifadəsi;
  • Müxtəlif sahələrə aid biliklərin əlaqələndirilməsi;
  • Prioritetlər qoymaq, vaxtı effektiv idarə etmək və özünü qiymətləndirmə aparmaqla müstəqil işləmək.

Sadalanan bacarıqlar iki il ərzində tədricən inkişaf etidiriləcək və ilk ildə 6 həftəlik, növbəti ildə isə 5 aylıq təcrübə vaxtı praktikada tətbiq olunacaqlar.

Tədrisin ikinci ilində tələbələrin daha müstəqil olması onların öz layihərini həyata keçirməsinə imkan vereəcəkdir.

İlkin Şərtlər

Kompleks məlumatları tez mənimsəyən, kimya üzrə biliklərini praktiki problemlərin həllində tətbiq etməyə qadir, mükəmməl ingilis dili biliklərinə malik çalışqan və həvəsli tələbələr axtarışındayıq! Bakalavr təhsilini aşağıdakı ixtisaslar üzrə almış tələbələr ən yaxşı namizədlərdirlər:

  • Fundamental kimya (Maddə quruluşu və çevrilməsi, Kimyəvi tarazlıq, Kimyəvi kinetika, Spektroskopiya, Elektrokimya, Materiallar kimyası, Analitik kimya);
  • Kimya mühəndisliyi (Kimyəvi reaktorlar, İstilik və impulsun ötürülməsi, Termodinamika, Kimyəvi proseslərin dinamikası, Əsas texnoloji əməliyyatlar);
  • Eksperimental kimya;
  • Informatika (Alqoritm və proqramlaşdırma anlayışları).

Kimya laboratoriyasında iş təcrübəsinin olması namizədlərə üstünlük qazandırır.