Yer elmləri

Kurikulum

🛈 Keçid-ə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.

İxtisas haqqında

Bu ikiillik ixtisas Yer kürəsi daxilində baş verən fiziki və kimyəvi proseslərin modelləşdirilməsinə fokuslanır. İkinci ildə təqdim olunan seçmə fənlər tələbələrə ya təbii yeraltı ehtiyatlar (neft, qaz, faydalı qazıntılar), ya da Yer elmlərində tətbiq olunan süni intellekt texnologiyalarını da əhatə edən qabaqcıl ədədi modelləşdirmə sahəsində ixtisaslaşmaq imkanı verir. Proqram Strasburq Universitetinin Yer Elmləri Məktəbi və Müşahidə Mərkəzi (EOST) tərəfindən, Renn 1 Universiteti ilə əməkdaşlıq çərçivəsində idarə olunur.

"Yer elmləri" ixtisası geologiya, geofizika və geokimyanın qabaqcıl sahələri üzrə bilikləri əhatə edir və bunun üçün tələbələrdən riyaziyyat, fizika və kompüter proqramlaşdırması üzrə güclü baza tələb olunur. Tədris Strasburq və Renn 1 universitetlərinin təcrübəli professor və dosentləri tərəfindən aparılır, eyni zamanda, sahə mütəxəssislərin keçirdiyi xüsusi kurslarla tamamlanır.

Qazanılan bilik və bacarıqlar

  • Geofizika, geologiya və geokimya sahələrində ixtisaslaşmış güclü nəzəri, ədədi və praktiki baza əldə olunur.
  • Yer elmləri prinsipləri və fizika üzrə dərin anlayış, müxtəlif yer elmləri ixtisaslarında tətbiq edilə bilən qabaqcıl riyaziyyat bacarıqları qazanılır.
  • Tələbələr müxtəlif elmi sahələrin biliklərini birləşdirərək mürəkkəb geoloji problemləri həll etmək bacarığına yiyələnirlər.
  • Multikultural komandalarla işləmək və əməkdaşlıq yaratmaq üzrə təcrübə əldə olunur.

İlkin tələblər

UFAZ motivasiyası yüksək, çalışqan və mürəkkəb anlayışları mənimsəyərək çətin problemlərin həllində tətbiq edə bilən tələbələr axtarır. İdeal namizəd aşağıdakı sahələr üzrə baza biliklərinə malik bakalavr dərəcəsinə sahib olmalıdır: Fizika, geologiya, kimya. Kimya laboratoriyalarında praktika, geoloji və geofiziki sahə təcrübələri, eləcə də “Python” proqramlaşdırma dili üzrə bacarıq üstünlük kimi qiymətləndirilir.