Magistr ixtisasları
Azərbaycan-Fransız Universiteti (UFAZ) magistratura səviyyəsində 4 ixtisas üzrə təhsil imkanı təqdim edir. Bu ixtisasların hər biri dövlət sifarişi əsasında (ödənişsiz) və əyani formada tədris olunur. Proqramlar tələbələrə müasir elmi bilikləri dərindən mənimsəmək, qabaqcıl tədqiqat bacarıqları qazanmaq və beynəlxalq standartlara uyğun yüksək səviyyəli mühəndislik təhsili əldə etmək imkanı yaradır.
Hər bir magistratura proqramı üzrə kurrikulum, tədrisin məqsədləri, tələbələrə təqdim olunan peşəkar və tədqiqat yönümlü bacarıqlar, həmçinin karyera perspektivləri, elmi-tədqiqat imkanları və proqramın sonunda gözlənilən kompetensiyalar barədə ətraflı məlumatla tanış olmaq üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz.
Bundan əlavə, magistratura proqramları tələbələrə Fransanın aparıcı universitetlərinin professorları ilə birgə dərslərdə iştirak etmək, elmi layihələrdə yer almaq, sənaye və tədqiqat müəssisələrində təcrübə keçmək, eləcə də beynəlxalq akademik mühitdə bilik və tədqiqat bacarıqlarını genişləndirmək imkanı yaradır.