Fiziki kimya/Kimya mühəndisliyi

Kurikulum

🛈 Keçidlərə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.

Kimya mühəndisliyi üzrə ixtisaslaşma

Fiziki və Analitik kimya üzrə ixtisaslaşma

Kimyainformatika üzrə ixtisaslaşma

İxtisas haqqında

"Fiziki kimya/kimya mühəndisliyi" üzrə magistratura proqramı ikiillik təhsil müddətini əhatə edir və üç ixtisaslaşma sahəsini birləşdirir: Kimya mühəndisliyi, fiziki və analitik kimya, kimyainformatika. İxtisas kimya mühəndisliyi və ümumi kimya üzrə bakalavr dərəcəsinə sahib məzunlar üçün açıqdır.

Birinci kursda (M1) tələbələr hər üç sahə üzrə nəzəri dərslər və laboratoriya təcrübələrində iştirak edirlər. M1 səviyyəsi 6 həftəlik yay təcrübəsi ilə tamamlanır. İkinci kursda (M2) tələbələr ixtisaslaşma sahəsini seçirlər. Bu zaman tələbələr ya elmi-tədqiqat laboratoriyası, ya da sənaye müəssisələrində 5 aylıq təcrübə keçirlər.

Qazanılan bilik və bacarıqlar

  • Kimya mühəndisliyi, analitik və fiziki kimya və ya kimyainformatika sahələrində qabaqcıl biliklər əldə edilir.
  • Laboratoriya fəaliyyəti üçün zəruri olan eksperimental bacarıqlar inkişaf etdirilir.
  • Tədqiqat metodologiyasının əsasları mənimsənilir, əsaslandırılmış məntiqin qurulması, elmi ədəbiyyat və alətlərdən tənqidi istifadə bacarığı formalaşır.
  • Peşəkar mühitlərdə, xüsusilə ingilis dilində yazılı və şifahi ünsiyyət bacarıqları təkmilləşdirilir.
  • Müstəqil işləmək, prioritetləri müəyyənləşdirmək, vaxtı səmərəli idarə etmək və şəxsi inkişafı qiymətləndirmək bacarığı formalaşır.
  • Birinci ilin sonunda 6 həftəlik yay təcrübəsi həyata keçirilir.
  • İkinci ilin sonunda 5 aylıq təcrübə proqramı baş tutur.

İlkin tələblər

UFAZ kimya ilə bağlı mürəkkəb anlayışları tez mənimsəyə bilən, əldə etdiyi bilikləri praktik problemlərin həllində tətbiq etməyi bacaran və ingilis dilində sərbəst danışan çalışqan, yüksək motivasiyalı tələbələr axtarır. İdeal namizəd aşağıdakı sahələrdə güclü bakalavr təhsilinə sahib olmalıdır: Fundamental kimya, kimya mühəndisliyi, eksperimental kimya və informatika. Kimya üzrə laboratoriya təcrübəsinə malik olmaq üstünlük kimi qiymətləndiriləcək.