Kompüter elmləri

Kurikulum

🛈 Keçid-ə daxil olaraq kurikulum barədə ətraflı məlumat ala bilərsiniz.

İxtisas haqqında

"Kompüter elmləri" ixtisası hesablama sistemləri, alqoritmlər və problemlərin həllinin öyrənilməsini əhatə edir. Bu sahə təkcə proqramlaşdırma bacarıqlarının mənimsənilməsi ilə məhdudlaşmır, eyni zamanda, məlumatların necə qurulduğunu, alqoritmlərin necə tərtib və təhlil edildiyini, real problemlərin həlli üçün sistemlərin necə yaradıldığını dərindən öyrənir. Bu sahə məntiq, riyaziyyat və yaradıcı düşüncəni birləşdirir, avtomatlaşdırmanı təşviq edir və texnologiyanın inkişafını təmin edir. "Kompüter elmləri" tibb və biologiyadan tutmuş əyləncə, maliyyə və mühəndisliyədək müasir həyatımızın bütün sahələrində özünü göstərir.

UFAZ-ın "Kompüter elmləri" proqramı Strasburq Universiteti ilə birgə hazırlanmış və beynəlxalq səviyyədə tanınan kurikulum əsasında tədris olunur. Tələbələr riyaziyyat, fizika və məntiq kimi fənlər üzrə əhatəli təhsil alır, süni intellekt, proqram təminatı mühəndisliyi, kibertəhlükəsizlik, data elmi və kompüter sistemləri kimi sahələrdə bilik və bacarıqlar qazanırlar.

Bu ixtisasdan məzun olanlar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)Strasburq Universitetinin diplomlarına yiyələnirlər.

Qazanılan bilik və bacarıqlar

  • Tələbələr texniki və çevik tətbiq olunan bacarıqlar əldə edirlər.
  • Proqram nəzəri bilikləri praktiki təcrübə ilə birləşdirir.
  • Tələbələr proqramlaşdırma, alqoritmlər, data strukturları və proqram təminatı mühəndisliyini dərindən mənimsəyirlər.
  • Tələbələr süni intellekt, kibertəhlükəsizlik və verilənlər bazası sahələrini araşdırırlar.
  • Güclü riyaziyyat təməli sayəsində problem həll etmək bacarıqları inkişaf edir.
  • Proqram komanda işi, ünsiyyət və uyğunlaşma bacarıqlarına xüsusi önəm verir.
  • Məzunlar qlobal sənaye və akademik karyeraya tam hazır olurlar.

Karyera imkanları

UFAZ-ın "Kompüter elmləri" ixtisasının məzunları proqram təminatı mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik, verilənlər bazası idarəçiliyi, şəbəkə mühəndisliyi, sistem analizi və layihə idarəçiliyi sahələrində çalışa bilərlər. Eyni zamanda, səhiyyə, tibb, biologiya (insan genomunun öyrənilməsi), əyləncə sənayesi (oyunlar, filmlər və musiqi istehsalı), maliyyə və mühəndislik kimi müxtəlif sahələrdə də kompüter elmlərinin tətbiqi genişdir. Məzunlar həmçinin İKT məsləhətçisi və tədqiqatçı kimi də uğurlu karyera qura bilərlər.