Tədqiqat

UFAZ-ın Tədqiqat departamenti (TD) 2021-ci ilin yanvarında qurulub.

Tarixi inkişaf və əsas məqsədlər

1. 2021-ci ilin yanvar ayından 2022-ci ilin dekabr ayına qədər:

TD Strasburq Universitetinin fizika üzrə professoru və beynəlxalq əlaqələr üzrə keçmiş müdir müavini, Bakıda daimi əsasda (2 ayda müntəzəm olaraq 6 həftə olmaqla) çalışan professor Filip Turekin nəzarəti altında fəaliyyət göstərirdi. UFAZ-da elmi-tədqiqat fəaliyyətinin strukturlaşdırılması və həyata keçirilməsi üçün aşağıdakı işlər yerinə yetirilib:

  • tədqiqat laboratoriyasının yaradılması və 3 sahədə tədqiqat qruplarının strukturlaşdırılması (kompüter elmləri, yer elmləri və kimya mühəndisliyi);
  • ADNSU və AMEA-nın yerli tədqiqatçılarının müəyyən edilməsi və elmi əməkdaşlığın yaradılması;
  • UFAZ-ın müəllim, laborant və texniki heyətinin elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmalarına şərait yaradılması;
  • tezislərə birgə rəhbərlik etməklə təqaüd proqramının (FR və AZ) başlanması;
  • UFAZ əməkdaşlarına (AZ və FR) öz tədqiqat fəaliyyətlərinin bir hissəsini Unistra laboratoriyalarında aparmağa imkan verən funksional əlaqələrin yaradılması;
  • Həm yerli, həm də xaricdən dəvət olunmuş professorlarn iştirakı ilə tədqiqat seminarları silsiləsi;
  • AMEA-nı UFAZ-ın elmi-tədqiqat fəaliyyəti ilə əlaqələndirən memorandumun imzalanması.

Tədqiqat fəaliyyətlərinin bəzi nümunələri:

  • Unistrada müxtəlif tədqiqat layihələri üzrə 7 tədqiqat səfəri;
  • UFAZ müəllimləri və dəvət olunmuş mühazirəçilərin iştirak etdiyi 36 tədqiqat seminarı;
  • UFAZ-ın hər il keçirilən tədqiqat konfransının təşkili üçün Fransanın Ali Təhsil və Tədqiqatlar Nazirliyindən qrant;
  • Kənar dəstək ilə “müvəqqəti müəllim-tədqiqatçıların” hazırlanmasını nəzərdə tutan, beləliklə, Azərbaycan ali məktəbləri üçün gələcək azərbaycanlı tədqiqatçı-müəllimlərini formalaşdıracaq ADNSU və Unistra professorları tərəfində birgə rəhbərlik edilmiş 8 doktorantura namizədi.

2. 2023-cü ilin yanvar ayından bu günədək:

Sektoral yanaşmanı gücləndirmək üçün yeni struktur yaradılmışdır: UFAZ-ın tədqiqat fəaliyyətləri üzrə koordinasiya işi hazırda Unistrada UFAZ Koordinatorunun ümumi nəzarəti ilə Unistra və Fransanın digər tərəfdaş universitetlərindən 3 elmi məsləhətçi tərəfindən idarə olunur (hər sahə üzrə 1 nəfər: kimya, kompüter elmləri, yer elmləri). Bundan əlavə, elm siyasəti və gələcək inkişaf strategiyasını müzakirə etmək üçün Elmi Şura yaradılmışdır. Rəhbər komitələrdə UFAZ-ın elm siyasəti və bütün tədqiqat işləri sistemli şəkildə müzakirə edilməlidir.

Elmi məsləhətçilər Unistranın rəhbərlik etdiyi konsorsiumun UFAZ üzvləri arasından seçilir. Onlar uzaqdan koordinasiya işləri aparır və Bakıda qısamüddətli missiyalar yerinə yetirirlər: kimya, kompüter elmləri, yer elmləri sahələri üzrə dairəvi formada ayda 1 dəfə, yəni il ərzində hər rübdə hər sahə üzrə bir məsləhətçi missiyası).

Azərbaycan tərəfdən koordinasiya ADNSU-nun 3 elmi koordinatoru (hər sahə üzrə bir nəfər, kimya, informatika, yer elmləri) tərəfindən təmin edilir və ümumi rəhbərlik ADNSU-nun Elmi işlər üzrə prorektoru tərəfindən həyata keçirilir. 3 tədqiqat koordinatoru və elmi rəhbər Elmi Şuranın bir hissəsidir və ilk görüşləri 2023-cü ilin may ayında baş tutub.

Tədqiqat departamentinin rolu

  • UFAZ-da işləyən fransız əməkdaşların və magistr tələbələrinin tədqiqat fəaliyyətləri üçün UFAZ, Unistra və Fransa konsorsiumunun üzvləri arasında əlaqə;
  • UFAZ-ın elmi-tədqiqat departamentinin ictimai-özəl tərəfdaşlığı çərçivəsində tədqiqat və xidmət bölməsi kimi fəaliyyət şəraitini müəyyən etmək, təşkil etmək və qiymətləndirmək;
  • UFAZ-ın tədqiqatlarını inkişaf etdirmək, UFAZ magistrantlarına təcrübə keçmək və peşəkar imkanlar təklif etmək məqsədilə əməkdaşlıq qurmaq;
  • UFAZ-ın gələcək tədqiqat departamentinin tərkibində elmi animasiya yaratmaq;
  • UFAZ-ın beynəlxalq tərəfdaşlıqlarını inkişaf etdirmək və təşviq etmək;
  • Strasburqdakı Fondun və Bakıdakı UFAZ Fondunun xeyrinə vəsait toplama fəaliyyətlərini dəstəkləmək.